30-07-2023, 19:56 1258

“FETÖ ilə mübarizədə Türkiyə ilə Azərbaycan mərkəzləşmiş strukturla fəaliyyət göstərə bilər” - RƏY

“FETÖ ilə mübarizədə Türkiyə ilə Azərbaycan, o cümlədən digər ölkələr mərkəzləşmiş strukturla fəaliyyət göstərə bilər”.

Bunu "AVESTA.AZ"un Türkiyə bürosuna müsahibəsində Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz bildirib.

Y.Karaüz deyib ki, FETÖ terror təşkilatı yalnız Türkiyə deyil, dünya üçün təhlükə mənbəyinə çevrildiyinə görə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac var.

“İnsanların dini inancları istismar edilməklə dövlətinə, millətinə sadiq, faydalı insan yetişdirmək, tolerantlığa sahib çıxmaq adı altında fəaliyyətə başlayan bu təşkilat ilk qurulduğu vaxtdan xarici qüvvələrdən dəstək alıb, xarici kəşfiyyatın maşası olub. 1982-ci ildə Türkiyədə ilk məktəblərini açdılar. Sovetlər dağıldıqdan sonra Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, qismən də Türkmənistanda fəaliyyətə başladılar. 2016-cı ilə qədər dünyada minə yaxın məktəb təsis etdilər. Təlim-tədris fəaliyyətləri ibtidai təhsil, orta məktəb və universitetlərə tələbə hazırlamaq şəkilində özünü büruzə verməyə başladı. Əsasən imkanlı ailələrin tələbələrini cəlb edib, onların maddi vəsaitlərini mənimsədilər. Xarici ölkə kəşfiyyatları tərəfindən qorunan, dəstəklənən kadrlar vasitəsilə tələbələrdən özlərinə kadr, əlaltı hazırlamağa başladılar. Hazırladıqları kadrları gələcəkdə ölkələrin idarəedilməsinə yol açmaq üçün işə qəbul etdirdilər. Xüsusilə texniki kəşfiyyat dediyimiz dinləmə fəaliyyətlərini ələ keçirməklə kadr hazırladılar. Yəni o qədər yayılıblar ki, kütləvi həbslərlə bunları o sistemlərdən birdəfəlik təmizləmək mümkün deyil”, - keçmiş hərbi attaşe qeyd edib.

Y.Karaüz vurğulayıb ki, FETÖ 2016-cı ilin iyulun 15-dən sonra aparılan əməliyyatlara rəğmən hələ də Türkiyə üçün təhlükədir.

1991-92-ci illərdən etibarən Azərbaycanda FETÖ təşkilatının 10-dan çox məktəb, yüzlərlə hazırlıq kursu, bir ali məktəbinin fəaliyyət göstərdiyini xatırladan ekspert əlavə edib ki, onlar azərbaycanlı biznesmenlərlə bərabər fəaliyyətlər yürüdüblər: “Türkiyədə milli kəşfiyyat idarəsinin rəisinə qarşı 2012-ci ildə başladılan əməliyyat, onun ardınca 2013-cü ilin dekabrın 17-25-i tarixlərində iqtisadi çevriliş cəhdləri ilə bağlı fəaliyyətlərdən sonra Türkiyə Azərbaycanla bərabər FETÖ ilə mübarizəyə başladı. Yəni Türkiyədən sonra bu təşkilata qarşı mübarizədə ən diqqətli yanaşma Azərbaycanda olub. Azərbaycan 2013-cü ildən sonra mübarizə tədbirlərini gücləndirdi. Xüsusilə dövlətin idarəetmə strukturlarına nüfuz etmiş FETÖ-çülər ciddi nəzarətə götürüldü. Məktəbləri SOCAR-a təhvil verildi, sonra da təyinatı tamamilə dəyişdirildi".

Y.Karaüz söyləyib ki, mübarizəyə rəğmən hələ də gizlində qalan, özünü büruzə verməyənlər var. Bu mənada Azərbaycanın son fəaliyyətləri təqdirəlayiqdir və dövlətin qətiyyətinin əlamətidir:

"Hesab edirəm ki, bu tədbirlər davam etdirilməlidir. FETÖ təhsil müəssisələrindən məzun olanlar nəzarətdə saxlanılmalıdır. Onların sosial çevrələri, ailə quruluşları, xaricdə kimlərlə əlaqədə olduqları çox qərarlı şəkildə araşdırılmalıdır. Bu baxımdan Azərbaycan böyük yol qət edib. Amma FETÖ hələ də təhlükədir. Ona görə də Azərbaycan və digər ölkələrin Türkiyə ilə sıx əməkdaşlıq etməsi vacibdir”.

Paylaş

Xəbər lenti

Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR