1-08-2023, 14:23 986

Milli Hidrometeorologiya Xidmətinin rəisi:

Avqust ayı Azərbaycanda adətən ən isti keçən ay olub. Çoxillik meteoroloji müşahidələrə görə havanın maksimal temperaturu Naxçıvanda və Aran rayonlarında 44 (Culfa-Ordubadda 46), dağətəyi rayonlarda 43, dağlıq rayonlarda 37 dərəcə isti müşahidə edilib.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Report"a bildirib ki, lakin bu il bəzi Avropa ölkələrindən fərqli olaraq yay istiləri ölkəmizdə çox davamlı və güclü olmayıb.

Onun sözlərinə görə, hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumatlara əsasən yalnız bir gün Aran rayonlarında temperatur 37 dərəcəyədək yüksəlib. Paytaxtda isə ən yüksək temperatur 35 dərəcəni aşmayıb. İyul ayında Bakıda yalnız bir gün 40 dərəcə temperatur davam edib, aran rayonlarında 42 dərəcəyədək yüksəlib:

“Çoxillik meteoroloji məlumatlara əsasən son 21 il ərzində avqust ayının temperatur göstəricilərində çox əhəmiyyətli fərqlər olub. Belə ki, Bakıda ən isti hava 2017-ci il avqustun 9-da 42.6 dərəcə isti olub. Üç ildən sonra isə avqustun 25-26-da havanın temperaturu 2017-ci illə müqaisədə 27 dərəcə aşağı olub və Bakıda cəmi 16 dərəcə isti qeydə alınıb.

Son 21 il ərzində avqust ayında havanın orta aylıq temperaturu keçən il daxil olmaqla 17 il iqlim normasından 3.9 dərəcəyədək yüksək, 3 il normadan 1.6 dərəcəyədək aşağı, yalnız 2013-cü ildə iqlim norması daxilində olub”.

N.Mahmudovun sözlərinə görə, bu il isə avqust ayının birinci ongünlüyündə çox güclü istilərin olması gözlənilmir. Ayın 3-dən 5-i gündüzədək arabir güclənən şimal küləyinin üstünlüyü nəticəsində havanın maksimal temperaturu 35 dərəcəni aşmayacaq:

“Ümumiyyətlə ay ərzində havanın temperaturunun iqlim normasına yaxın, ayın ortalarında isə normadan yüksək olacağı proqnozlaşdırılır. Adətən avqust ayında Azərbaycan ərazisində yağmurlu günlərin sayı az olur, 2 gündən 7 günə kimi paylanır. Buna baxmayaraq, son 21 il ərzində ən çox yağıntı 2011-ci ildə qeydə alınıb. Ay ərzində Bakıda 26 mm yağıntı düşüb ki, bu da iqlim normasından 4 dəfə çox olub”.

Xidmət rəisinin sözlərinə görə, bu ilin avqust ayında yağıntılar daha çox birinci ongünlüyün ortalarında gözlənilir ki, bu zaman bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışın olması proqnozlaşdırılır. Həmin dövrdə şimal-qərb küləyinin arabir 23-28 m/s-dək güclənməsi gözlənilir. 2019-cu il avqustun 5-də şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Sumqayıtda 40 m/s çatıb:

“Küləkli havada Abşeron çimərliklərində əhalinin xüsusilə diqqətli olması tövsiyə olunur. Hava şəraiti ilə bağlı yenilənən məlumatları və xəbərdarlıqları meteo.az saytından əldə edə bilərsiniz”.

Paylaş

Xəbər lenti

Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib Bu gün, 00:48 Serdar Ortaç vəsiyyətini açıqladı Bu gün, 00:48 İran aviaşirkətləri ilə bağlı gərgin açıqlama: ABŞ nə planlaşdırır? Dünən, 23:48 "Formula-1"lə bağlı mühüm dəyişikliklər Dünən, 23:48 Ekspert: "Vahid məktəbli forması şagirdləri bullinq və ayrı-seçkilikdən xilas edir" Dünən, 23:48 Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb Dünən, 23:48 Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi Dünən, 22:48 Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI Dünən, 22:48 Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü Dünən, 22:48 "Racing Bulls" komandası "Formula 1"in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib Dünən, 21:48 Ermənilərin Xudavəngdən apardığı freska və xaçdaşlar barədə məlumatlar İnterpolun bazasına daxil edilib Dünən, 21:48 Aslan Kərimov: "Sabah"ın "Slaviya"nı rahat məğlub edəcəyini düşünmək olmaz Dünən, 21:48 Hakan Fidan Nyu-Yorkda Bakı ilə İrəvan arasında sülh prosesindən söz açıb Dünən, 21:48 Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib Dünən, 21:48 Azərbaycan cüdoçuları Sarayevoda kata üzrə dünya çempionatında iştirak edəcəklər Dünən, 20:48 Azərbaycanın dövlət büdcəsinin təsnifatı 2028-ci ildən yeni qaydada tətbiq olunacaq Dünən, 20:48 Bakıda bu rayonda 52 qəzalı bina SÖKÜLƏCƏK Dünən, 20:48 Çempionlar Liqası: "Sabah"ın Bakıdakı dörd ev oyununa vahid biletlər satışa çıxarılıb Dünən, 20:48 Vahid forma şagirdlərin diqqətini geyimə yox, tədrisə yönəldəcək Dünən, 20:48 Bakı-Ələt-Astara magistral yolunda yanğın olub Dünən, 19:48 Sabalenka "San-Siro"da görüntüləndi - Geyimi ilə diqqət çəkdi Dünən, 19:48 Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır Dünən, 19:48 Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirib Dünən, 18:48 Ermənistan Qarabağdan könüllü çıxmaq niyyətində deyildi - RƏY Dünən, 18:48 Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib Dünən, 18:48 Bakıda hazırda bu yollarda sıxlıq var - Siyahı Dünən, 18:48 Üç rayonda yeni məktəb tikiləcək - 15,4 milyonluq LAYİHƏ Dünən, 18:48 Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? Dünən, 18:48 Azərbaycanda banklar birləşəcək? - Açıqlama Dünən, 17:48 Bank köçürmələri daha ciddi izlənəcək: sıravi vətəndaşlara təsiri nə olacaq? Dünən, 17:48 Sabir Rzayev vəzifədən ayrıldı Dünən, 17:48 Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb Dünən, 17:48 Bakıda marketdə qadını döyən şəxs həbs edilib Dünən, 17:48 "Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Dünən, 17:48 Cəlilabadda açıq ərazi yanır Dünən, 17:48 Avtobusda boş yer olmadığı təqdirdə sərnişinlərə bildiriş göndəriləcək Dünən, 16:48 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı Dünən, 16:48 Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir Dünən, 16:48 Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb Dünən, 16:48 AZAL 8 ayda Mərkəzi Asiya ölkələrinə 400 000-ə yaxın sərnişin daşıyıb Dünən, 16:48 Bu şəxslər üçün viza proseduru sadələşdirildi Dünən, 16:48 Politoloq: ""Yeni ərazilər" yanaşması danışıqları dalana dirədi" Dünən, 15:48 Baş Prokurorluq və UNODC terrorçuluğa qarşı birgə mübarizəni müzakirə edib Dünən, 15:48 Adriana Lima dəyişimi ilə səs-küyə səbəb oldu Dünən, 15:48 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb Dünən, 15:48 Bakıda iki bağça fəaliyyətə başlayıb Dünən, 15:48 Özbəkistan hərbçiləri Qarabağda Dünən, 15:48 Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,4 milyon manat ayrıldı Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR