2-08-2023, 15:43 488

Beynəlxalq qurumların Xaçaturyan “sevgisi” - erməni cəlladının həbsi Qərbi narahat edib - ŞƏRH

Ermənistanın 30 il davam edən işğal siyasətinə, törətdiyi soyqırımlara göz yuman bir sıra Qərb dövlətləri, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar Azərbaycana qarşı yenidən çirkin təbliğata başlayıblar. İşğal altında olan Azərbaycan torpaqlarında uzun illər yol verilən qanunsuzluqlara göz yuman qurumların erməni sevgisi bitib tükənmir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın yaratdığı reallığı həzm edə bilməyən həmin ölkə və qurumlar birtərəfli qaydada Ermənistanın və Qarabağdakı separatçı qüvvələrin tör-töküntülərinin müdafiəçisinə çevriliblər.

Həmin qüvvələr bu dəfə Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan erməni cəlladı Vaqif Xaçaturyanın müdafiəçisi kimi çıxış etməyə çalışırlar və ermənilərin qaldırdığı səs-küy kampaniyasına da qoşulublar.

Qeyd edək ki, bu şəxs 1991-ci il dekabrın 22-də Xocalının Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımı və deportasiyasında mühüm rol oynamış erməni cəlladlarından biridir. Müalicə adı altında Xankəndidən İrəvana getməyə cəhd göstərən terrorçu ilə bağlı neçə gündür ki, erməni tərəfi şou kampaniyasına başlayıb, müxtəlif beynəlxalq təşkilatlara müraciət edib. İlk reaksiyanı isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi verib. Məhkəmə Azərbaycanın səlahiyyətli nümayəndəsinə ünvanlanmış məktubda Ermənistan hökumətinin sorğusu əsasında V.Xaçaturyanın saxlanması şəraiti və sağlamlıq durumu barədə məlumatın təqdim olunması xahiş edilib.

AİHM-nin bu çağırışı ilə eyni vaxtda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryan Spolyariç-Eqqer arasında telefon danışığı baş tutub. Məlumata görə, tərəflər V.Xaçaturyanın həbsini, Laçın yolunun açılması və Qarabağda “humanitar böhran” məsələsini müzakirə ediblər.

Otuz ilə yaxın davam edən erməni işğalı, talanı və zülmü qarşısında ağzına su alıb susan AİHM, BQXK və digər strukturların “operativliyi” təəccüb doğurur.

Birincisi, Azərbaycan torpaqlarında qətliam, soyqırımları törətmiş erməni terrorçuları barəsində kifayət qədər fakt və sübutlar beynəlxalq strukturlara, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim edilib. Erməni quldurlarının bəziləri azərbaycanlılara qarşı cinayətlər törətdiklərini açıq formada etiraf ediblər. Söhbət Xocalı, Meşəli və digər bölgələrimizdə törədilən saysız-hesabsız qətliamlardan gedir. Belə cinayətkarların hansı haqqında cinayət işi açılıb və yaxud başqa hüquqi ölçü götürülüb? Əksər müraciətlər Beynəlxalq Ədalət Məhkəməsinin arxivlərində yatır.

İkincisi, Meşəlidə məhz V.Xaçaturyanın başçılığı və iştirakı ilə 25 soydaşımız amansızlıqla qətlə yetirilib. Erməni terrorçu qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından o, Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 2013-cü il 12 noyabr tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xaçaturyan erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən, odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib azərbaycanlı milliyyətindən olan insanları öldürüb.

Üçüncüsü, beynəlxalq təşkilatlar ikili standartlara əsaslanan mövqe tutular, rəsmi Bakının təqdim etdiyi məlumatları deyil, Ermənistanın qərəzli “arqumentlərini” əsas götürürlər. Xaçaturyanın həbsindən sonrakı hay-küy Ermənistanın və onun havadarlarının cinayətkarlığı, soyqırımını dövlət səviyyəsində dəstəklədiyini sübut etdi.

Bu gün Ermənistan və ona havadarlıq edən, erməni lobbisindən yemlənən qurumların Xaçaturyan sevgisi, onun saxlanmasına etirazları hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil. Ən dəhşətli və utancverici hal ondan ibarətdir ki, bu erməni cəlladına yenə də BQXK yardım etmək istəyib. O, BQXK-nin tibbi evakuasiyasından istifadə etməyə çalışıb. Rəsmi Bakı bəyan edib ki, Meşəli hadisələri ilə bağlı saxlanan Vaqif Xaçaturyanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğundur. Onun həbsi də beynəlxalq və milli hüquq normalarına uyğundur və bu təcrübə Azərbaycanın cinayət mühakimə icraatında mövcuddur.

Beləliklə, Azərbaycan daxili işlərinə hər hansı bir müdaxiləni yolverilməz hesab edir və buna qarşıdır. Tək Xaçaturyan deyil, onunla birlikdə azərbaycanlılara qarşı soyqırımılara, qətliamlara yol verən şəxslərin axtarılıb tapılması və ədalət məhkəməsi qarşısına çıxarılmasına nail olacaq. Xaçaturyan da bu qəbildən sonuncu erməni terrorçusu olmayacaq və buna da hər kəs əmin ola bilər.

Paylaş

Xəbər lenti

Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR