
Nabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Nabran kəndində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin aşması nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində dünyasını dəyişib.
2000-ci il təvəllüdlü Allahverdiyev Tofiq Pərviz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.