
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənin şəxsiyyəti məlum olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, "Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində ölən şəxsin 1989-cü il təvəllüdlü Emil Abdullayev olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb.
"Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.