
Bu gün səhər saatlarında Qusardan Bakı istiqamətində hərəkətdə olan "Temsa" markalı sərnişin avtobusu aşıb. Belə ki, Quba rayonunun Digah kəndi ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "AVESTA.AZ"a verilən məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, avtobusda 22 nəfər olub. Ölən yoxdur.
Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Qusardan Quba istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb.
Bu barədə “AVESTA.AZ”un Şimal bürosu xəbər verir.
İlkin məlumata görə, hadisə yolun Quba rayonunun Digah kəndi ərazisindən keçən hissəsində baş verib.
Qeyd olunub ki, qəza nəticəsində 19 nəfər yaralanıb.
Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.