
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə "İnterfaks"a Dağıstan Fəlakət Təbabəti Mərkəzindən bildirilib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, səbəblər araşdırılır.
Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı cinayət işi başlandığını açıqlayıb.
"AVESTA.AZ" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə idarənin saytında məlumat yayılıb.
İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, iki nəfər və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olduqda) ilə başlanılıb.
Partlayış nəticəsində ölənlərin sayı üçü uşaq olmaqla 25 nəfərə çatıb, hazırda Mahaçqalanın tibb müəssisələrində 66 zərərçəkən var, onlardan 10-nun vəziyyəti ağırdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.