5-09-2023, 10:23 713

Azərbaycanın mədəniyyət naziri Çində səfərdədir

Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasında (ÇXR) səfərdədir. Səfər sentyabrın 9-dək davam edəcək.

Bu barədə "AVESTA.AZ"a nazirlikdən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində Pekin şəhərində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə ÇXR-in mədəniyyət və turizm naziri Hu Hıpin arasında geniş nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Söhbət zamanı iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. İkitərəfli əlaqələrin bugünkü inkişafının əsasının Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğu diqqətə çatdırılıb.

Bildirilib ki, hazırda Prezident İlham Əliyev Çin ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Əməkdaşlığın müxtəlif sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yaxşı ənənələri formalaşıb. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Çinin müxtəlif şəhərlərində böyük səhnələrdə nümayiş olunması bunun təzahürüdür. Eyni zamanda, teatr, kinematoqrafiya, muzey işi, kitabxana, mədəni irsin qorunması və bərpası, eləcə də dil və ədəbiyyat sahələri üzrə əməkdaşlığın perspektivləri nəzərdə keçirilib. Abidələrin bərpası, kitabxana işi və kinematoqrafiya sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, birgə film istehsalı ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin yaradıcı sənayelər sahəsində əməkdaşlıq da diqqət mərkəzinə çəkilib.

Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayan Adil Kərimli bu platforma çərçivəsində ölkəmizdə həyata keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna Çin hökuməti tərəfindən həmişə diqqət göstərildiyini bildirib. O, Çin tərəfini 2024-cü ildə Bakıda keçiriləcək növbəti forumda iştiraka dəvət edib. Çinli nazir dəvəti qəbul edərək təşəkkürünü bildirib.

Nazir Hu Hıpin gələn il Azərbaycanda Çin mədəniyyəti həftəsinin keçirilməsi təklifini səsləndirib, bu barədə fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Paylaş

Xəbər lenti

Sabah bir çox ərazilərdə işıq olmayacaq Bu gün, 00:48 Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ Bu gün, 00:48 Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır Bu gün, 00:48 Bunu etməklə hesabınızı itirə bilərsiniz - WhatsApp işlədənlərə XƏBƏRDARLIQ Dünən, 23:48 Sabah bir rayonda qaz olmayacaq Dünən, 23:48 Şəmkirdə ölüm hadisəsi baş verib Dünən, 23:48 BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur" Dünən, 23:48 Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin fotosu Dünən, 23:48 İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib Dünən, 22:48 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan Dünən, 22:48 Bakıda jurnalistlərə hücum edənlər saxlanıldı Dünən, 22:48 Göygöldə evdən meyit tapıldı Dünən, 22:48 Anthropic-in daxili məlumatları süni intellekt startapının əlinə keçdi Dünən, 22:48 FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb Dünən, 22:48 "Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı Dünən, 21:48 Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR Dünən, 21:48 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib Dünən, 21:48 "Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib Dünən, 21:48 Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib Dünən, 21:48 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb Dünən, 20:48 Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb Dünən, 20:48 Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir Dünən, 20:48 Qan təzyiqini tənzimləməyə kömək edən 7 meyvə açıqlanıb Dünən, 20:48 Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib Dünən, 20:48 Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib Dünən, 20:48 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA Dünən, 19:48 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib Dünən, 19:48 Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib Dünən, 19:48 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər Dünən, 19:48 ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib Dünən, 19:48 Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları... Dünən, 19:48 Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub Dünən, 19:48 38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu Dünən, 18:48 Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib Dünən, 18:48 İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb Dünən, 18:48 Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib Dünən, 18:48 Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı Dünən, 18:48 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi Dünən, 17:49 Bakıda vəzifəli şəxs işdən azad edildi Dünən, 17:49 Azərbaycan Məkkə Konvensiyasına qoşulub Dünən, 17:48 Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi? Dünən, 17:48 Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq Dünən, 17:48 Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib Dünən, 17:48 Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi" Dünən, 17:48 İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib" Dünən, 16:48 İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür Dünən, 16:48 İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb Dünən, 16:48 "Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR