18-09-2023, 05:28 516

İrəvanın Ağsaqqallar Şurasına saxtakarlıqlarla keçirilən seçkilərdə Paşinyanın partiyası öndədir - YENİLƏNİB

Ermənistanın paytaxtı İrəvanın Ağsaqqallar Şurasına (paytaxt meriyası) dünən keçirilən seçkilərdə səslərin 32,76 %-nin nəticəsi ilə hakim, baş nazir Nikol Paşinyanın sədri olduğu “Mülki Müqavilə” partiyası liderliyini davam etdirir (70 718 səs).

Bu barədə “AVESTA.AZ” yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Mərkəzi Seçki Komissiyası (MSK) bülletenlərin 93,15 %-ni hesablayıb (475 seçki məntəqəsindən 412-nin məlumatları).

Siyahıda ikinci yerdə 18,89 % səslə Ayk Marutyanın “Milli Tərəqqi” (40776) partiyası dayanır.

Sonrakı yerdə 15,39% (33,220) ilə “Ana Ermənistan”, 11,24% (24,252) ilə “Respublika” və 9,66% (20,849) ilə “İctimai səs” blokları gəlir.

Digər siyasi qüvvələr isə paytaxtın təmsilçi orqanına daxil olmur.

02:37

Ermənistanın paytaxtı İrəvanın Ağsaqqallar Şurasına seçkilərdə məntəqələrin demək olar ki, üçdə birinin səslərinin hesablanmasının nəticələrinə əsasən, baş nazir Nikol Paşinyanın rəhbəri olduğu “Mülki müqavilə” partiyası 32,75 faizlə öndədir.

“AVESTA.AZ” xəbər verir ki, bununla bağlı məlumatı Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə 155 seçki məntəqəsinin səslərinin hesablanmasına əsasən yayıb.

Bazar günü Ermənistan paytaxtında İrəvan Ağsaqqallar Şurasına 475 seçki məntəqəsində səsvermə keçirilib. Seçkilərdə 14 siyasi qüvvə iştirak edib.

MSK-nın saytında dərc olunan məlumata görə, ilk beşlik hazırda belədir: “Mülki müqavilə” (Tiqran Avinyan) 32,75 %, “Milli Tərəqqi” (Ayk Marutyan) - 19,18 %, “Ana Ermənistan” bloku (Andranik Tevanyan) - 14,97%, "Respublika" (Artak Zeynalyan) - 11,47%, "İctimai səs" (Artak Qalstyan) - 9,64% səs toplayıb.

Paytaxtın seçicilər siyahısına 824 250 paytaxt sakini daxildir.

Sentyabrın 17-də İrəvan Ağsaqqallar Şurasına seçkilərdə 14 siyasi qüvvə iştirak edib. Seçkilərdə kütləvi saxtakarlıqlar, qanun pozuntuları qeydə aınıb. Ermənistanın İstintaq Komitəsi İrəvan meri seçkilərində pozuntularla bağlı 8 cinayət işi açıb. Komitədən verilən məlumata görə, bütün qanun pozuntuları seçkiqabağı təşviqat dövründə - avqustun 23-dən sentyabrın 15-dək daxil olmaqla qeydə alınıb. Söhbət seçkiqabağı təşviqatda iştiraka məcbur etmə, təşviqatın əmlakına zərər vurma, seçki mitinqində iştiraka məcbur etmə, o cümlədən xuliqanlıq və ya zor tətbiq etmə kimi pozuntulardan gedir.

Səsvermə günü iddia edilən pozuntularla bağlı daha iki məlumat daxil olub, lakin İstintaq Komitəsi onlar üzrə cinayət işinin başlanmamasına qərar verib.

“Müstəqil müşahidəçi” ictimai alyansının nümayəndəsi, “Məlumatlı Vətəndaşlar İttifaqı” ictimai təşkilatının proqram koordinatoru Daniel İoannisyan da qeyd edib ki, əsasən hakim “Mülki Müqavilə” Partiyası tərəfindən törədilən qanun pozuntuları qeydə alınıb.

Seçki prosesi seçici passivliyi ilə başa çatıb. Belə ki, seçkilərdə seçicilərin cəmi 28,46 faizi iştirak edib.

Paylaş

Xəbər lenti

Heydər Əliyev Sarayında Azərbaycan Radiosu və Televiziyasının yubiley konserti təşkil olunub Bu gün, 08:48 637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat Bu gün, 08:48 Kənan Nəsibov qızıl medal qazandı Bu gün, 08:48 Bakıda güclü külək ağacı aşırdı: İki nəfər evdə köməksiz qaldı Bu gün, 08:48 Bakıda şok oğurluq: Mağazadakı qızılları işçi aparıbmış Bu gün, 08:48 Bu il işləmək üçün Rusiyaya gedən azərbaycanlıların sayı məlum oldu Bu gün, 08:48 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur Bu gün, 07:48 İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb Bu gün, 00:48 İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu Dünən, 23:48 Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi Dünən, 23:48 İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək Dünən, 22:48 Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq? Dünən, 22:48 Gəncədə binada köməksiz qalan uşaq xilas edildi Dünən, 22:48 Kür çayında suyun səviyyəsi xeyli artıb Dünən, 21:48 Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi Dünən, 21:48 Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb Dünən, 21:48 Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb Dünən, 20:48 Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı Dünən, 20:48 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur" Dünən, 20:48 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" Dünən, 20:48 Miri Yusif "ağsaqqal" sözünə təəccübləndi Dünən, 20:48 Marketlərdə satılan doğranmış meyvələrlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Azərbaycanda xəstəxananın şöbə müdiri infarktdan öldü Dünən, 19:48 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub Dünən, 19:48 Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın Dünən, 19:48 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib Dünən, 19:48 Sabah Bakıda bu ərazilərdə su olmayacaq Dünən, 18:48 Ağstafada sursat partlayıb: 1 nəfər həlak olub, daha biri xəsarət alıb Dünən, 18:48 Padel üzrə Respublika Kuboku yekunlaşdı! Dünən, 18:48 "Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb" Dünən, 18:48 Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı Dünən, 18:48 Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb Dünən, 18:48 Cüdo üzrə Bakı çempionatına yekun vurulub Dünən, 18:48 Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb Dünən, 17:48 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi Dünən, 17:48 Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü Dünən, 17:48 Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI Dünən, 17:48 Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı Dünən, 17:48 Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral Dünən, 16:48 Sürücülərə XƏBƏRDARLIQ - Yollarda görünüş 500 metrədək məhdudlaşacaq Dünən, 16:48 Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı AÇIQLAMA Dünən, 16:48 Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib Dünən, 16:48 Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ Dünən, 16:48 SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu Dünən, 15:48 Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb Dünən, 15:48 Can Yamanın son görünüşü müzakirələrə səbəb olub Dünən, 15:48 Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi Dünən, 14:48 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR