
“Qarabağ” klubu futbolçusu Marko Yankoviçlə müqaviləni yeniləyib.
"Report" xəbər verir ki, sözləşməyə əsasən, 28 yaşlı yarımmüdafiəçi 2027-ci ilədək "köhlən atlar"da çıxış edəcək.
2022-ci ilin yayından Ağdam təmsilçisində çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.