
"Qarabağ"ın futbolçusu Riçard Almeyda zədələnib.
"AVESTA.AZ"un məlumatına görə, braziliyalı yarımmüdafiəçi Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında sıradan çıxıb.
Görüşü davam etdirə bilməyən 33 yaşlı oyunçu 53-cü dəqiqədə Marko Yankoviçlə əvəzlənib.
Qeyd edək ki, hazırda hesab "Qarabağ"ın xeyrinədir - 1:0.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.