5-10-2023, 21:20 671

İcma: Avropa Parlamenti Azərbaycana qarşı səlib yürüşünü davam etdirir

Biz Azərbaycana qarşı otuz ildən artıqdır ki, səlib yürüşünə çıxmış Avropa Parlamentinin 2023-cü il oktyabrın 5-də qəbul etdiyi növbəti Azərbaycanofob qətnaməsini sərt şəkildə qınayırıq.

"Report" xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda bildirilir: "Xatırladaq ki, hələ 1988-ci ildə - Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu vaxt Avropa Parlamenti "Sovet Ermənistanında vəziyyət" adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına və bu ölkədə azərbaycanlılara qarşı törədilən insanlıq əleyhinə cinayətlərə dəstək ifadə etmişdi.

Avropa Parlamenti sonuncu qətnaməsində Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkiliyini davam etdirərək, Azərbaycanın daxili işlərinə qarışmış, onun ərazi bütövlüyünə və suverenliyinə qəsd edən yanaşma sərgiləmişdir. Azərbaycan hökumətinin Qarabağın erməni sakinlərinin reinteqrasiyası sahəsində tədbirlərini görməzdən gələn və onların bir qisminin Ermənistana getməsini “etnik təmizləmə” kimi qiymətləndirən ikiüzlü parlamentarilər nədənsə bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalmasını görmək istəmirlər", - deyə bəyanatda qeyd olunub.

Vurğulanıb ki, Avropa Parlamenti və bəzi dairələr üçün Qarabağ erməniləri reinteqrasiya olunmuş, bərabər hüquqlu Azərbaycan vətəndaşları kimi deyil, Azərbaycana qarşı məkrli siyasət üçün alət kimi lazımdır. Hamıya məlumdur ki, Ermənistan hökuməti Qarabağdakı qanunsuz rejimin çökməsindən sonra, orada yaşayan ermənilərin Azərbaycana labüd reinteqrasiyasının qarşısını almaq üçün onların Ermənistana köçməsini təşkil etmişdir. Bu azmış kimi, Ermənistan ordusunun tör-töküntüləri Qarabağdan çıxarkən oradakı mülki infrastrukturu, inzibati binaları, fərdi yaşayış evlərini, əkin sahələrini minalayaraq oranı yaşanmaz hala gətirmişdir. Bundan əlavə, cəmi iki həftə əvvəl müəyyən qərb dairələrinin Azərbaycandan yerdəyişmə azadlığı müstəvisində Qarabağ ermənilərinin Ermənistana köçməsinə şərait yaratmağı tələb etməsi hələ yaddaşlardadır.

Qarabağdan köçmüş ermənilər üçün qayıdış hüququndan, hansısa beynəlxalq mexanizmdən dəm vuran Avropa Parlamenti nədənsə eyni tələbi Ermənistana qayıtmalı olan azərbaycanlı qaçqınlar üçün irəli sürmür.

Diqqətə çatdırılıb ki, qətnamədə Avropa İttifaqının regionda “geosiyasi boşluğu” doldurmasına və Ermənistana hərbi dəstək göndərməsinə dair çağırışlar Avropa Parlamentinin neo-kolonialist zehniyyətindən və regionu qana çalxalamaq niyyətindən xəbər verir. Sənəddə Azərbaycanın Avropa İttifaqının Ermənistandakı missiyasını öz ərazilərinə buraxmasına dair tələb məhz bu müstəmləkəçi məqsədə xidmət edir.

Bütün bunlar bir daha sübut edir ki, Avropa Parlamenti üçün əsas məsələ insan hüquqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülh deyil, öz mənfur niyyətləri naminə bölgədə gərginliyi saxlamaq və onu daha da dərinləşdirməkdir.

Biz Avropa Parlamentini qərəzli və təhlükəli yanaşmasından əl çəkməyə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına və regionda reinteqrasiyaya və birgəyaşayışa əsaslanan davamlı sülhün bərqərar olunmasına dəstək verməyə çağırırıq".

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR