2-10-2023, 09:38 1430

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi yanaşmasını sərt şəkildə qınayıb

Qərbi Azərbaycan İcması Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejimin süqut etməsi və oradakı Ermənistan silahlı qüvvələrinin və digər qanunsuz silahlı birləşmələrinin tərk-silah edilərək Azərbaycan ərazisindən çıxarılması nəticəsində həmin bölgədə dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa edilməsini tarixi hadisə kimi alqışlayır.

"AVESTA.AZ"un xəbərinə görə, bu barədə icmanın yaydığı açıqlamada bildirilib.

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan bu tarixi nailiyyət münasibətilə bütün Azərbaycan xalqını təbrik edib.

Bildirilib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ədalətin təntənəsi olmaqla yanaşı, bölgədə davamlı sülhün yolunu açıb.

"İnsan hüquqları, barışıq və birgəyaşayış dəyərlərinə əsaslanan Qərbi Azərbaycan İcması iki dövlət arasında sülhün bərqərar olunmasını sidq ürəklə dəstəkləməklə bərabər, Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı missiyasını əzmlə davam etdirəcəkdir", - Qərbi Azərbaycan İcmasında bildirilib.

İcma ümidvardır ki, Ermənistan cəmiyyəti və hökuməti bu tarixi şansı düzgün dəyərləndirərək, qarşıdurma və təcrid yolunu deyil, sülh, əməkdaşlıq və birgəyaşayış yolunu seçəcəkdir.

İcma bu müstəvidə Ermənistanın mədəni müxtəliflik, reinteqrasiya və birgəyaşayışı rədd edən siyasətinin davam etməsindən ciddi narahatlığını ifadə edir. Məlumdur ki, Ermənistanın hər vəchlə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına qarşı çıxmasının arxasında onun Azərbaycana qarşı ərazi iddiası dayanırdı. Ermənistanın buna qarşı çıxmasının arxasında olan digər mühüm motiv Azərbaycanda uğurlu reinteqrasiya və birgəyaşayışın Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması perspektivlərini gücləndirəcəyini hesab etməsidir. Məhz bu səbəbdən Ermənistan Qarabağdakı qanunsuz rejimin çökməsindən sonra, orada yaşayan ermənilərin Azərbaycana labüd reinteqrasiyasının qarşısını almaq üçün onların Ermənistana köçməsini təşkil etmişdir. Bu azmış kimi, Ermənistan ordusunun tör-töküntüləri Qarabağdan çıxarkən oradakı mülki infrastrukturu, inzibati binaları, fərdi yaşayış evlərini, əkin sahələrini minalayaraq oranı yaşanmaz hala gətirmişdir. Səbəb aydındır - mono-etnik siyasətindən əl çəkməmiş Ermənistan, iki xalqın nümayəndələrinin nə Ermənistanda, nə də Azərbaycanda birgəyaşayışına yol vermək istəyir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu irqçi yanaşmasını sərt şəkildə qınayır.

İcma beynəlxalq ictimaiyyətə müraciət edərək, Ermənistanın sülhü seçməsi, mono-etnik cəmiyyət ideologiyasına son verməsi, iki xalq arasında birgəyaşayışı və barışığı dəstəkləməsi, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində, o cümlədən, ermənilərin son həftələr köçdüyü ərazilərdə basdırdığı minaların və digər partlayıcı qurğuların dəqiq xəritəsini təqdim etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırır.

Paylaş

Xəbər lenti

Sürücülərə avtomobilləri qışa hazırlamaq üçün tövsiyələr verilib Bu gün, 19:48 Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib Bu gün, 19:48 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu Bu gün, 19:48 700 min vətəndaşın maaşı artacaq - Deputatdan YENİ AÇIQLAMA Bu gün, 19:48 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? Bu gün, 19:48 Noutbukdan bu cür istifadə kişilərdə sonsuzluq riskini artıra bilər Bu gün, 19:48 Belçikanın baş naziri istefa ərizəsini krala təqdim edib Bu gün, 18:48 Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib Bu gün, 18:48 Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 14 ünvanda... Bu gün, 18:48 Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər Bu gün, 18:48 Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb Bu gün, 18:48 "Prime Leasing" Qlobal Səhnədə: Çində "Zoomlion Gold Dealer Award 2026" Mükafatına Layiq Görüldü Bu gün, 17:48 "Diriliş Ertuğrul" serialına baxıb infarkt keçirdi, Bakıda əməliyyat olundu Bu gün, 17:48 "Gözel Seeds" və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi Bu gün, 17:48 Sabah bu yolun bir hissəsi bağlanacaq Bu gün, 17:48 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı Bu gün, 17:48 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi Bu gün, 17:48 Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-ündə nöqsan aşkarlanıb Bu gün, 16:48 "Qalatasaray"ın rusiyalı futbolçusunun sərbəstqalma qiyməti AÇIQLANDI Bu gün, 16:48 Belçikada siyasi gərginlik: Kral baş nazirin istefasını qəbul etmədi Bu gün, 16:48 Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin layihəsinə rəy verib Bu gün, 16:48 Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi Bu gün, 16:48 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq Bu gün, 16:48 Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanıb Bu gün, 16:48 SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarının tədavül müddəti başa çatıb Bu gün, 15:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Oktyabr ayının reytinq cədvəli açıqlanıb Bu gün, 15:48 Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət Bu gün, 15:48 Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib Bu gün, 15:48 Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU Bu gün, 15:48 Yasamalda çörək emalı müəssisəsi bağlandı Bu gün, 15:48 Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 NETTY2026 ərizə qəbulu elan edir Bu gün, 15:48 Yeni mənzil alanların DİQQƏTİNƏ - Enerji pasportu qiymətləri necə dəyişəcək? Bu gün, 15:48 Tramp Kanada ilə ticarət sazişinin imzalanmasına yaxın olduqlarını açıqlayıb Bu gün, 14:48 SOCAR ötən rüb neft emalını 3 %-dən çox azaldıb Bu gün, 14:48 Alimlərdən xəbərdarlıq: Qlobal istiləşmə buzlaqlara geri dönməz zərər vura bilər Bu gün, 14:48 SOCAR ötən rüb neft məhsullarının ixracını 3 %-ə yaxın artırıb Bu gün, 14:48 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı Bu gün, 14:48 HONOR X9e Pro: Sərhədlərə meydan oxu Bu gün, 14:48 Azərbaycanda bu şəxslər üçün bəzi xidmətlər pulsuz ola bilər Bu gün, 14:48 Azərbaycanda bu sürücülər üçün imtahan keçiriləcək - DİM açıqladı Bu gün, 13:49 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Bu gün, 13:49 Sabah Bakıda 23 dərəcə isti olacaq Bu gün, 13:48 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia Bu gün, 13:48 ABŞ-də yaşayış ərazisinə təyyarə düşüb: 9 nəfər ölüb Bu gün, 13:48 Dəniz quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirdi Bu gün, 13:48 Nənələrin sevimli aksesuarı yenidən dəbə minir Bu gün, 13:48 Payızda ürəyi riskə atmadan idman etməyin YOLU AÇIQLANDI Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR