
Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunda keçiriləcək "Neftçi" - "Sabah" oyununun biletləri satışa çıxarılıb.
"AVESTA.AZ" "ağ-qaralar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, qiymət 2, 10 və 15 (VİP) manatdır.
Biletləri "İticket.az" saytından əldə etmək mümkündür.
Qeyd edək ki, oktyabrın 29-da reallaşacaq "Neftçi" - "Sabah" görüşü saat 18:30-da başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.