
"Biz döyüşə və müdafiəyə hazır olmalıyıq".
"Report"un məlumatına görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius ZDF telekanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, Almaniya Avropada genişmiqyaslı müharibədə özünü müdafiə etməyə hazır olmalıdır, lakin silahlı qüvvələrinin modernləşdirilməsi prosesini sürətləndirmək mümkün deyil:
"İlin sonuna qədər ümumi həcmin təxminən üçdə ikisi istifadə olunacaq, lakin istehsal və çatdırılma vaxt aparır. Son 30 ildə az maliyyələşən bir şeyi 19 ayda düzəltmək mümkün deyil".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.