
Böyük Britaniya alimləri Omikrona təkrar yoluxma riski barədə açıqlama verib.
Onlar Deltaya nisbətən bu ştamma yoluxma riskinin 5-6 dəfə çox olduğunu bildirir.
Avesta xəbər verir ki, alimlər Omikrona yoluxduqdan sonra orqanizmdə yaranan antitellərin Delta variantından qoruduğunu mümkün sayır.
Omikron daha yoluxucu, amma daha az patogendir. Koronavirusa yoluxub sağalanlarda hazırda müdafiə səviyyəsi cəmi 20%-dir.
Omikron dekabrdan Avropa və Amerikada yayılır. Amma Cənubi Afrika alimləri bildirir ki, noyabrdan bu yana ölkədə Omikrona 2-3 dəfə yoluxan xəstələr var.
Amma Omikrondan sonrakı immunitet əvvəlki ştamlardan qat-qat yaxşıdır və Deltadan qoruyur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.