
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü Qurbanzadə Əli Oruc oğlu bıçaqlanıb. Yaralı xəstəxanayaa çatdırılıb.
Ona xəsarət yetirməkdə 1938-ci il təvəllüdlü Qənbərov Şahhüseyn Ramazan oğlu şübhəli bilinir. İlkin məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.