15-11-2023, 17:00 1101

Bakıda türk dövlətləri gənclərinin beynəlxalq forumu keçirilib

Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 15 noyabr tarixində Bakı Konqres Mərkəzində 150 gəncin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan "Türk Dövlətləri Gənclərinin Beynəlxalq Forumu" keçirilib.

"AVESTA.AZ"un xəbərinə görə, 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin tələbə gəncləri arasında mədəni və sosial əlaqələrin möhkəmləndirilməsi, birgə fəaliyyətin təmini, türk dövlətləri gəncləri arasında əlaqələrin inkişafında gənclər təşkilatlarının rolunun artırılması məqsədi ilə təşkil edilən forum Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.

Forumun açılış mərasimində Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək türk dövlətləri gəncləri arasında əməkdaşlıq imkanlarının genişlədirilməsi, şəbəkələşmə fəaliyyətlərinin artırılması və gələcək perspektivlərin əhəmiyyəti, birlik və bərabərliyin ortaq güc naminə vacibliyini xüsusi vurğulayıb.

Qonaqlar çıxışlarında Ümummilli Lider Heydər Əliyevin hələ 1994-cü ildə dövlət başçılarının İstanbul sammitində türk dövlətlərinin əlaqələrinin inkişafına, türk xalqlarının birliyinə xüsusi önəm verərək bildirdiyi “Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik” fikrini xatırladaraq günümüzdə əldə edilən uğurların Ulu Öndərin əsasını qoyduğu uzaqgörən siyasətə dayandığını dilə gətiriblər. Bu siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas tərkib hissəsinə çevrilən türk dövlətləri ilə sıx siyasi, iqtisadi, mədəni inkişafa yönəlik fəaliyyətin ölkə gəncləri üçün müasir önəmli çağırış olması ilə yanaşı, atılacaq gələcək addımların müəyyənləşdirilməsi istiqamətində də əhəmiyyətli rol oynadığını ifadə ediblər.

Forum dürk dövlətləri gənclərinin çıxışları ilə davam edib.

Tədbirin rəsmi hissəsindən sonra "Ümummilli Lider Heydər Əliyevin Türk Birliyinin möhkəmləndirilməsində rolu" mövzusunda panel müzakirə keçirilib. Müzakirə sual-cavab sessiyası ilə davam edib.

Tədbirin bədii hissəsində gənc istedadlar "Sarı Gəlin", "Qarabağ Şikəstəsi" və digər musiqi nömrələri ilə çıxışlar ediblər.

Paylaş

Xəbər lenti

"Sabah"ın futbolçusu: "Bu günü heç vaxt unutmayacağam" Bu gün, 09:48 Xəzərin Qazaxıstan sahilində yüzlərlə balıq tələf oldu Bu gün, 09:48 Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb Bu gün, 09:48 UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq Bu gün, 09:48 Bakıda yaşayış binasında yanğın: Xəsarət alanlar var Bu gün, 09:48 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat Bu gün, 09:48 Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var Bu gün, 09:48 Azərbaycan və NATO ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib Bu gün, 09:48 Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? Bu gün, 08:48 UEFA Çempionlar Liqası: PSJ "Barselona"nı məğlub edib Bu gün, 08:48 Bu gün Bakıda bəzi ərazilərdə işıq olmayacaq Bu gün, 08:48 ABŞ-dən Moskvaya yeni təklif: Putinlə görüşdə nələr müzakirə olunacaq? Bu gün, 08:48 57 yaşlı Cennifer Lopez 46 yaşlı Brettlə sevgilidir Bu gün, 00:48 Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür Bu gün, 00:48 Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət Bu gün, 00:48 Sabah Bakının bu ərazilərində işıq olmayacaq - ÜNVANLAR Dünən, 23:48 Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib Dünən, 23:48 "ABC News": ABŞ və Rusiya bir neçə amerikalının azad edilməsi üzrə razılaşmaya yaxındır Dünən, 23:48 İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil Dünən, 23:48 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib Dünən, 23:48 Zerrin Özerə ağır itki üz verdi Dünən, 23:48 Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər Dünən, 23:48 Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb Dünən, 22:48 SEPAH: Hörmüzdə 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb Dünən, 22:48 İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır Dünən, 22:48 Hörmüzdəki vəziyyətlə əlaqədar Avropa LNG idxalını 20,8 milyard kubmetr azalda bilər Dünən, 22:48 "Sabah" "Borussiya Dortmund"a məğlub oldu Dünən, 22:48 Bu rayonda 432 şagirdlik yeni məktəb tikiləcək - 4,6 milyon manatlıq LAYİHƏ Dünən, 21:48 İran və İraqdan kürd qruplaşmaları ilə bağlı gözlənilməz qərar Dünən, 21:48 Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək Dünən, 21:48 Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı Dünən, 21:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununda hesab bərabərləşdi Dünən, 21:48 Sabah Bakıda bu yol bağlanır Dünən, 21:48 Azərbaycana bu ölkələrdən balıqlar gətirilir - SİYAHI Dünən, 21:48 Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: "Açarı dəyişib evə giriblər" Dünən, 20:48 Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi Dünən, 20:48 Zəngilanda Şəhər Günü atəşfəşanlıqla qeyd olunub Dünən, 20:48 Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyunu başlayıb Dünən, 20:48 Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub Dünən, 19:48 "Haber Global": "Sistemli təxribatlar nəticə vermir - Azərbaycanla kədərdə də, sevincdə də birik" Dünən, 19:48 Azərbaycanda balıqların qiyməti bahalaşıb - SON QİYMƏTLƏR Dünən, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb Dünən, 19:48 ARDNF-nin "BlackRock" fonduna investisiyaları 19 %-dən çox artıb Dünən, 19:48 Türkiyədə qadın alt paltarı mağazasının dualarla açılışı edildi Dünən, 18:48 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb Dünən, 18:48 Kadir İnanırın sürücüsü: "Ona qan verdim deyə işdən qovuldum" Dünən, 18:48 Vüsal Şilderin qətlinin şahidi: "Oğlanın boğazından vurdular, qan hər yanı götürdü" Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR