
Balıq bazarında məhsulun mənşəyi və satış qiymətləri istehlakçıların diqqətini çəkən məsələlərdəndir.
AVESTA.AZ-in məlumatına görə, yerli təsərrüfatlarda yetişdirilən balıqlarla xaricdən gətirilən məhsullar arasında həm çeşid, həm də qiymət baxımından fərqlər müşahidə oluna bilər.
Bəs ölkədə hansı balıqlar yerli istehsal hesab olunur və hansılar idxal edilir?
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzindən AVESTA.AZ-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda yerli balıq məhsullarına akvakultura təsərrüfatlarında yetişdirilən çəki, ağ amur və forel, həmçinin təbii su hövzələrindən əldə olunan kütüm, kefal, çapaq və digər balıq növləri daxildir:
"İdxal olunan balıq məhsullarına isə əsasən Norveçdən gətirilən qızılbalıq, eləcə də İran (forel, nərəkimilər), Rusiya (çəkikimilər, konservlər), Türkiyə (levrek, çupra), Vyetnam (panqasius, tilapiya) və digər ölkələrdən idxal edilən müxtəlif təzə, soyudulmuş, dondurulmuş və konservləşdirilmiş balıqlar aiddir".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.