
Moskvada MDB ölkələri arasında dünya çempionu Mixail Botvinnikin kuboku uğrunda keçirilən şahmat üzrə komanda yarışında Azərbaycan yığması uğurla çıxış edib.
"AVESTA.AZ"a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, dairəvi sistem üzrə keçirilən turnirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan komandaları iştirak ediblər. Hər komandanın tərkibində yaşı 14-dən yuxarı olmayan gənc şahmatçılar – 3 oğlan və 1 qız mübarizə aparıb.
Azərbaycan II turda Ermənistanı 4,5:3,5 hesabı ilə məğlub edib.
Yekun nəticəyə görə, 37 xal toplayan Azərbaycan millisi əlavə göstəricilərə görə gümüş medal qazanıb. Onunla eyni xal toplayan Belarus yığması isə üçüncü pillədə qərarlaşıb. Rusiya komandası 45 xalla yarışın qalibi olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.