11-12-2023, 12:57 393

Qızılca və qaib burulğanında: dərsə gedə bilməyən tələbələrin aqibəti necə olacaq? - ARAŞDIRMA

Azərbaycanın ali məktəblərində qızılcaya yoluxma halları qeydə alınıb. Rəsmi qurumlar infeksiyaya yoluxan şəxslərin kütləvi yoluxdurma riskini nəzərə alaraq karantin qaydalarını zəruri hesab edirlər. Bu səbəbdən universitetlərdə də tədris prosesində çətinlik yaranır. Belə ki, qızılcaya görə dərsdə iştirak edə bilməyən tələbələrin qaib problemi ortaya çıxır. "Təhsil haqqında" qanunla ali təhsil müəssisələrində hər tələbənin 25 faiz davamiyyət limiti var. Qızılcaya görə qaib limitini keçən və buna görə imtahanlara buraxılmayan tələbələr üçün isə qanun çərçivəsində hər hansı güzəşt nəzərdə tutulmayıb. Bəzi universitetlərdə belə məqamlarda tədris distant formada aparılsa da, bu proses bütün universitetlərdə həyata keçirilmir.

Belə olan təqdirdə dərslərə qatıla bilməyən tələbələrin aqibəti necə olacaq?

“AVESTA.AZ” məsələnin aktuallığını nəzərə alaraq araşdırma aparıb.

Bakı Dövlət Universitetindən (BDU) sorğumuza cavab olaraq bildirilib ki, qızılca infeksiyası ilə bağlı hələ ki tələbələrin müraciəti qeydə alınmayıb. BDU-nun nəzdində yerləşən 30 saylı poliklinika fakültələrdə mütəmadi səyyar yoxlamalar aparır, epidemioloji vəziyyət nəzarətdə saxlanılır.

Universitetdən vurğulanıb ki, qızılcaya yoluxan tələbələrə güzəştin edilib-edilməməsi Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) də qeyd edilib ki, hazırda tələbə və işçilər arasında qızılcaya yoluxma halları müşahidə edilmir: “Bununla belə, az sayda əməkdaş və tələbənin müəssisədən kənarda qızılcaya yoluxma halı qeydə alınıb. Onlar sağaldıqdan sonra yenidən tədrisə qoşulublar. Tələbələrin hər hansı bir xəstəliyə görə dərsdə iştirak etməməsi "Təhsil haqqında" qanunla tənzimlənir. Onların dərsdə iştirak edə bilməməsinə gəlincə, qaibi yaranan tələbələrə qarşı hər hansı güzəşt nəzərdə tutulmayıb. Tələbə dərsdə iştirak etməyəndə onun dərsdə olmadığı mütləq bildirilməlidir”.

Azərbaycan Tibb Universitetindən (ATU) isə deyilib ki, indiyədək cəmi 3 tələbə qızılcaya yoluxub: "Bu tələbələrin qaibləri nəzərə alınacaq. Qızılcaya yoluxduğu vaxt dərs buraxan tələbələr üçün tədris onlayn və ya oflayn qaydada yenidən təşkil olunacaq. Hazırda universitetdə dərslər qənaətbəxşdir".

Azərbaycan Pedaqoji Universitetində (ADPU) bu günə qədər 1 tələbə qızılcaya yoluxub.

“Bir neçə tələbə qızılca əlamətlərini hiss etdiyi və ya xəstələndiyini bildirərək dərslərdə iştirak etmir. Dərsə davamiyyət məsələsinə gəldikdə isə bununla bağlı hazırda xüsusi imtiyaz və ya güzəştlər nəzərdə tutulmur. Qanunların tələbinə uyğun olaraq dərslərdə iştirak etməyən tələbələrə qaib yazılır. Nəzərə alsaq ki tələbələrin qanunla 25% dərsdə iştirak etməmək hüququ var, bu müddətdə dərsə gəlməməkləri onların aqibətinə ciddi təsir göstərməyəcək. Digər hallar baş verərsə, tədris ilinin sonunda rəhbərlik tərəfindən hər hansı addımların atılması ehtimalı da mümkündür", - ADPU-dan bildirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) aldığımız məlumata görə, qızılcaya yoluxan tələbələr dərslərdə distant qaydada iştirak ediblər, bu halda onlara qaib yazılmır: “İki həftə öncə 2 tələbəmiz qızılcaya yoluxub. Onlar həmin dövrdə dərslərə distant şəkildə qoşulublar. Ona görə də qaib problemi yaranmayıb. Ümumiyyətlə, bu və ya digər formada xəstəlik oldu və ya olmadı, tələbə 25% limiti keçirsə, deməli, həmin fənn üzrə tədris almayıb. Qızılca elə də ağır hal deyil”.

Azərbaycan Texniki Universitetində (AzTU) bu günədək qızılca diaqnozu qoyulan tələbə olmayıb: “Əgər belə hal olarsa, o zaman rəhbərlik hansı qərar versə, ictimaiyyətə açıqlanacaq”.

Lənkəran Dövlət Universitetindən (LDU) də kütləvi yoluxma halı müşahidə edilmədiyi qeyd edilib: “Tək-tək hallarda yoluxma halları müşahidə edilib. Hazırda auditoriyalarda qızılcaya yoluxan tələbə yoxdur. Qızılcaya görə davamiyyəti pozan və qaibi yaranan tələbələr barədə rektorluq çərçivəsində qərar veriləcək”.

Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, bu məsələdə təhsil müəssisələri, Elm və Təhsil və Səhiyyə nazirlikləri arasında əlaqə yaradılmalıdır.

O, "AVESTA.AZ"a açıqlamasında qeyd edib ki, bir şəxs hansısa xəstəlik daşıyıcısıdırsa, müvafiq olaraq müalicə aldığı yerdən sənəd alır: "Bu sənədə əsasən, universitet nəzərdə tutulan güzəşti tətbiq edə bilər. Bu məsələdə Elm və Təhsil Nazirliyi, bütün təhsil müəssisələri və Səhiyyə Nazirliyi arasında düzgün kommunikasiya qurulmalıdır. Kommunikasiyadan düzgün istifadə edilməli, informasiya mübadiləsi təmin olunmalıdır. Ola bilər hər hansı bir şəxs virusa yoluxmayıb, amma bundan sui-istifadə edə bilər. Hazırda, təəssüf ki, təhsil müəssisələrində infeksiyaya yoluxma hallarına rast gəlinir. Məktəblərdə olduğu kimi, universitetlərdə də lokal xarakterli qapadılmanı zəruri hesab edirəm. Düşünürəm ki, hər hansı universitetdə fakültələr üzə yoluxma faktı çoxdursa, lokal qapanma ola bilər. Koronavirus təcrübəsindən yararlanaraq dərslər 10-14 günlük distant qaydada təşkil edilə bilər. Təbii, bu, universitetlərin verdiyi qərardır. Hesab edirəm ki, əgər infeksiyaya yoluxan tələbə müvafiq sənəd gətirirsə, buna humanizm prinsipi ilə yanaşılmalıdır. Tələbənin xeyrinə qanunvericilik çərçivəsində qərar qəbul edilməlidir”.

İnfeksionist İbrahim Rufullayev "AVESTA.AZ"a bildirib ki, universitetdə yoluxma halları və ya hər hansı infeksiya varsa, qoruyucu maska taxılmalı, gigiyenik qaydalara riayət edilməlidir.

“Məlum məsələdir ki, peyvənd olunmayan şəxslərin qızılca infeksiyasına yoluxma riski var. Gigiyenik qaydalar mütləqdir. Xəstələrin izolyasiyası və peyvənd barədə maarifləndirmə mütləqdir. Kütləvi yoluxmanın qarşısını almaq üçün qızılcaya yoluxan şəxslər təcrid olunmalıdır. Düşünmürəm ki, univeristetlərdə qızılcaya yoluxmalarda kütləvi hal yaşanacaq, çünki tələbələrin çoxu, ehtimal ki, vaxtında peyvənd olunublar”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə qeyd olunub ki, ali məktəblərdə aşkarlanan hər bir qızılcaya yoluxma halı olduqda, xəstələr kollektivdən təcrid edilir: “Səhiyyə Nazirliyi tərəfindən ölkədə qızılca infeksiyasına yoluxma halları ilə bağlı ali məktəblərdə də epidemioloji vəziyyət nəzarətdə saxlanılır. Belə ki, ali məktəblərdə qızılcaya yoluxma faktı aşkarlandıqda xəstələr kollektivdən təcrid edilir, onlar ərazi tibb müəssisəsi tərəfindən tibbi nəzarətə götürülür. Həmçinin, rayon Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən xəstə ilə təmasda olanlar üzərində 21 gün müddətinə tibbi müşahidə davam etdirilir”.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən də mövqe öyrəndik. Qurum ali təhsil müəssisələrində tələbələrin qızılca xəstəliyinə yoluxma hallarının mövcudluğunu təsdiqlədi:

“Bildiyiniz kimi, Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23-cü bəndinə əsasən, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Qeyd edək ki, tələbələr yoluxma halları baş verdiyi təqdirdə sözügedən Qaydaların tələblərinə müvafiq olaraq, 25 faiz davamiyyət limiti hüququndan istifadə edə bilərlər.

Əlavə olaraq bildiririk ki, gələcəkdə yoluxma halları kütləvilik təşkil edərsə, müvafiq qurumlarla qarşılıqlı əməkdaşlıq şəklində risklər təhlil olunacaq və dövlət səviyyəsində müvafiq qərarlar qəbul ediləcək”.

Beləliklə, ölkədə qızılcaya yoluxma hallarının müşahidə edilməsinə baxmayaraq, bu, kütləvi deyil. Mütəxəssislər əsasən peyvənd olunmayan şəxslərin bu qızılcaya yoluxduğunu bildirir. Bununla belə, infeksiyaya qarşı qabaqlayıcı tədbirlərin görülməsi zəruridir.

Qeyd edək ki, son aylarda Azərbaycanda da daxil olmaqla dünyanın bir sıra ölkələrində qızılca infeksiyasına yoluxma və ölüm halları müşahidə edilir.

Paylaş

Xəbər lenti

Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR