
Azərbaycanda daha bir dəhşətli yol nəqliyyat hadisəsi baş verib.
Avesta xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Hadisə Şabran rayonunda qeydə alınıb. Qəza zamanı minik maşını ilə yük maşını toqquşub. Qəza zamanı digər iki maşına da ziyan dəyib.
Şahidlərin bildirdiyinə görə, qəza zamanı biri azyaşlı olmaqla, iki nəfər həyatını itirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.