27-08-2022, 17:00 545

Avropa Şurasının Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyəti başa çatıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Zoltan Hernyeşi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə "AVESTA.AZ"a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycanla Avropa Şurası arasında səmərəli dialoqun mövcud olduğunu vurğulayıb. AŞ ilə əməkdaşlığa dair 2022-2025 illər üzrə fəaliyyət planının vacib istiqamətlərdən biri olduğunu qeyd edib. Bu xüsusda, Azərbaycan ilə təşkilat arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün dialoqun davam etdiyini, bir sıra layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Zoltan Hernyeş Azərbaycanda son beş il ərzində fəaliyyət göstərdiyi dövrdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın, qarşılıqlı anlaşma və etimad əsasında genişləndiyini bildirib. Bu ilin aprel ayında Avropa Şurası Baş katibinin Azərbaycana səfərinin münasibətlərə müsbət töhfə verdiyini, 2022-2025 illər üzrə fəaliyyət planı çərçivəsində Azərbaycanın ehtiyaclarına uyğun olaraq bir sıra layihələrin icrasına başlanıldığını vurğulayıb. Azərbaycan tərəfindən milli səviyyədə həyata keçirilən hərtərəfli islahatların önəm daşıdığı, Avropa Şurasının bu islahatlara dəstək üçün aidiyyəti qurumlar ilə birgə layihələr icra etdiyini bildirib.

Nazir Ceyhun Bayramov daha sonra, qarşı tərəfi bölgədəki cari vəziyyət, post-münaqişə sonrası Azərbaycanın sülh gündəliyi və həyata keçirilən tədbirlər, regional əməkdaşlıq imkanları, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə məlumatlandırıb. Zoltan Hernyeş öz növbəsində, Azərbaycanın bölgədə və beynəlxalq çərçivədə həyata keçirdiyi xarici siyasətin, inteqrasiya proseslərinə töhfəsinin vacib olduğunu bildirib. Avropa Şurasının sülh və barışıq səylərinə dəstək verəcəyinə ümidvar olduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov səfir Hernyeşə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Paylaş

Xəbər lenti

Kinematoqrafçılar İttifaqına yeni sədrin seçiləcəyi TARİX MƏLUM OLDU Bu gün, 20:48 Valverde və Çuameni barışdı: "Real Madrid"dən sərt qərar Bu gün, 20:48 Masazırda narkotik satanlar ƏLƏ KEÇDİ Bu gün, 20:48 Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib Bu gün, 19:48 Parisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? Bu gün, 19:48 Hakan Fidan və Abbas Əraqçi regiondakı prosesləri müzakirə ediblər Bu gün, 19:48 Şəhid xanımına leytenant rütbəsi təqdim olundu Bu gün, 19:48 Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq Bu gün, 19:48 Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib Bu gün, 19:48 SOCAR "Italiana Petroli" şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb Bu gün, 19:48 Ermənistan XİN başçısının Luis Okampo ilə gizli əlaqələri ifşa olunub Bu gün, 19:48 Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: Dairəvi dəmir yolu xəttində 40 dayanacaq olacaq Bu gün, 18:48 "İmişli" klubu 7 qat Türkiyə çempionu "Trabzonspor"u Azərbaycana dəvət edib Bu gün, 18:48 ABF rəsmisi Vaqif Kazımov: "Heydər Əliyev kuboku-2026" turnirinə güclü boksçular qatılmışdı" Bu gün, 18:48 Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq Bu gün, 18:48 Abadlaşan Şuşadan GÖRÜNTÜLƏR Bu gün, 18:48 AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini təqdim etdi Bu gün, 18:48 Nazilə Salmanova instituta direktor TƏYİN OLUNDU Bu gün, 18:48 "Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə Bu gün, 18:48 Meksikada məktəblilər yay tətilinə 40 gün tez çıxacaq Bu gün, 17:48 AFFA-dan "Qarabağ"a SƏRT CƏZA Bu gün, 17:48 Azərbaycanda direktor müavini öldü Bu gün, 17:48 Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ Bu gün, 17:48 İqtisadi Şuranın iclasında turizmin inkişafına dair qərarlar qəbul olunub Bu gün, 17:48 Polis kursantlarından Ulu öndərin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob Bu gün, 17:48 Dövlət Xidmətinə rəis müavini təyin olundu Bu gün, 17:48 UNEC-in əməkdaşı 55 yaşında vəfat etdi Bu gün, 17:48 Sevdiyi qızı qaçıran gəncə hökm oxunub Bu gün, 17:48 İranın hücumlarının qarşısı alındı - ABŞ Bu gün, 16:48 Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirilib Bu gün, 16:48 Zaur Mirzəyev Şuşada yaşayıb-yaratmağın sevincini bölüşdü: "Möhtəşəm əsərlər olacaq" Bu gün, 16:48 Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub Bu gün, 16:48 Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR Bu gün, 16:48 Agentlik sədri: "Binalar tikilərkən məsafə, ekoloji, sosial faktorlar nəzərə alınmalıdır" Bu gün, 16:48 SOCAR Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirib Bu gün, 16:48 Azərbaycanın bəzi rayonlarına yağış, Qrız və Xınalıqda isə qar yağır - FAKTİKİ HAVA Bu gün, 16:48 Terror fəaliyyəti ilə bağlı YENİ CƏZALAR MÜƏYYƏNLƏŞDİ Bu gün, 16:48 Hacıqabul və Neftçalanın bəzi ərazilərində qaz olmayacaq Bu gün, 16:48 WUF13-də iştirak etmək üçün necə qeydiyyatdan keçmək olar? Bu gün, 16:48 Mütəxəssislərdən günəş kremi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 16:48 Nərimanovda premium mənzillər - 36 ayadək daxili kredit ilə - "Kristal" Bu gün, 15:48 Dərin narkoz zamanı beyin hələ də məlumatı emal edə bilir Bu gün, 15:48 Uğurlarından söz etdirən Şuşa şagirdləri: "Mühəndislik bacarıqlarını artırırlar" Bu gün, 15:48 Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb Bu gün, 15:48 "İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi Bu gün, 15:48 HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası Bu gün, 15:48 Keçmiş hərbi prokurorun qardaşı vəzifəsindən azad olundu Bu gün, 15:48 Pakistanda sərnişin avtobusu dərəyə aşdı: ölənlər və yaralananlar var Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR