
Goranboy rayonunda avtomobil aşıb, xəsarət alanlar var.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb və nəticədə 4 nəfər - 1964-cü il təvəllüdlü Gülbahar Abdullayeva, 1967-ci il təvəllüdü Zərxar Məmmədova, 1962-ci il təvəllüdlü Vidadi Məmmədov və 1960-cı il təvəllüdlü Vəkil Abdullayev xəsarət alıb.
Onlar hadisə yerinə cəlb olunan təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar, vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.