
UEFA Çempionlar Liqasında yarımfinal və final oyunlarının formatını dəyişdirməyə hazırlaşır.
Bu barədə qurumun prezidenti Aleksander Çeferin məlumat verib. O bildirib ki, yeniliklər ən tez 2024/2025 mövsümündən tətbiq oluna bilər.
Çeferinin sözlərinə görə, bir çox klub prezidentləri, o cümlədən PSJ-nin sahibi Nasser Əl-Xəlafi də onunla həmfikirdir.
Yeniliklərə əsasən, yarımfinal və final matçları “Dördlər finalı” formatında təşkil ediləcək. Belə olacağı təqdirdə isə yarımfinaldan etibarən ev-səfər görüşləri ləğv olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.