
Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1981-ci il təvəllüdlü K.Əliyeva mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı araşdırılır. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.