
Sumqayıt şəhərində evdən 63 yaşlı kişinin meyiti tapılıb.
“AVESTA.AZ”un yerli bürosu məlumat verir ki, hadisə “Qurd dərəsi” adlanan bağlar massivində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Qiyaz Dilqəm oğlu Bünyatovun meyiti yaşadığı evdə tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.