
İsrail Müdafiə Qüvvələri yaxın günlərdə HƏMAS hərəkatının oktyabrın 7-də törətdiyi hücum və sonrakı hərbi əməliyyatlarla bağlı daxili təhqiqata başlayacaq.
“AVESTA.AZ” İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Herçi Halevi deyib.
Onun sözlərinə görə, bu proses təxminən üç ay çəkəcək və ordunun bütün bölmələrinə şamil olunacaq: “Döyüş meydanındakı əməliyyat vəziyyəti hazırda belə bir təhqiqat keçirməyə imkan verir”.
Bununla bağlı araşdırmaların hərbi əməliyyatlar bitdikdən sonra başlanılması nəzərdə tutulurdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.