21-02-2024, 19:19 643

Azərbaycan ilə Bəhreyn parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri Əhməd bin Salman Əl-Musalam ilə görüşüb.

"AVESTA.AZ" xəbər verir ki, qonağı Azərbaycan Milli Məclisində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova xalqlarımız arasında mövcud olan ortaq dini və mədəni dəyərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət töhfə verdiyini və ölkələrimizin bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdiklərini bildirib.

Bakıda Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasının uğurla keçiriləcəyinə inamını ifadə edən Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri Əhməd bin Salman Əl-Musalam bu təşkilatın birgə əməkdaşlıq üçün yaxşı platforma olduğunu qeyd edib.

7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində qalib gələrək, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdıran Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri, ölkəsinin Azərbaycanla əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Təbrikə görə minnətdarlığını bildirən Azərbaycan parlamentinin rəhbəri bu seçkilərin ölkəmizin dövlətçilik tarixində mühüm yeri barədə məlumat verib. O, əminliklə bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda da yeni uğurlara və qələbələrə imza atacaq.

Görüşdə Azərbaycan və Bəhreynin BMT, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq əlaqələrinə malik olduğu diqqətə çatdırılıb. Nümayəndələr Məclisinin sədri, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edərək, vurğulayıb ki, Azərbaycanın sədrliyi təşkilatın inkişafında mühüm rol oynamışdır.

Spiker Sahibə Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasının ölkəmizin qlobal əməkdaşlığa daha bir töhfəsi olduğunu bildirərək, qeyd edib ki, Parlament Şəbəkəsi parlamentlərarası əməkdaşlığı təşviq etmək üçün mühüm platformaya çevrilməkdədir. O, Bəhreyn Krallığının təşkilatın işində fəal təmsil olunmasından məmnunluğunu ifadə edib.

Görüşdə ölkələrimizin parlamentləri arasında da münasibətlərə dair fikir mübadiləsi aparılıb. Bu istiqamətdə əlaqələri daha da dərinləşdirmək üçün yaxşı potensialın mövcud olduğu qeyd edilib, o cümlədən parlament komitələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Paylaş

Xəbər lenti

Gündə minimum addım sayı təyin edildi Bu gün, 17:48 Türkiyəli məşqçi Azərbaycandan deportasiya olundu, klub məsələyə aydınlıq gətirdi Bu gün, 17:48 Ceyhun Bayramov MDB XİN Şurasının iclasında çıxış edib Bu gün, 17:48 U-23 dünya çempionatında Azərbaycanın 23 güləşçisi mübarizə aparacaq Bu gün, 17:48 Sabah bu 5 kənddə qaz olmayacaq Bu gün, 17:48 Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" Bu gün, 16:48 Sibiqa Ukraynaya göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib Bu gün, 16:48 Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib Bu gün, 16:48 Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı? Bu gün, 16:48 Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır" Bu gün, 16:48 Azərbaycan universitetlərinin reytinqdə geri qalmasının səbəbləri müzakirə edildi Bu gün, 16:48 Qaradağda qəzada ölənlərin sayı 4-ə çatıb Bu gün, 16:48 Məhəmməd Bədəlbəyli: "AFFA-dan verilən töhmətlə razılaşdım, çox sərt qərar deyil" Bu gün, 16:48 Mükafat və maaş əlavələri ilə bağlı Prezidentdən mühüm FƏRMAN Bu gün, 16:48 Çexiyanın nəqliyyat naziri Azərbaycana səfər edəcək Bu gün, 16:48 Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb Bu gün, 15:48 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib Bu gün, 15:48 Bakıda 10 minə maral başı satılır Bu gün, 15:48 Alimlərdən maraqlı araşdırma: Ayrılıq qadınlara, yoxsa kişilərə daha pis təsir edir? Bu gün, 15:48 Aqşin Fatehə ağır itki üz verdi Bu gün, 15:48 Bakı-Qazax avtomobil yolunda ağır qəza - 3 nəfər ölüb Bu gün, 15:48 Muxtar Babayev: Azərbaycan kiçik ada dövlətlərinin iqlim müzakirələrində iştirakının genişləndirilməsini dəstəkləyib Bu gün, 15:48 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru işdən çıxarılıb Bu gün, 15:48 Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək... Bu gün, 15:48 İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib Bu gün, 15:48 Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib Bu gün, 14:48 Bu şəxslərin pensiyası daha çox artacaq Bu gün, 14:48 Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib Bu gün, 14:48 Dünya çempionatı: Zelim Tçkayev də 1/4 finala çıxdı Bu gün, 14:48 Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib Bu gün, 14:48 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi Bu gün, 14:48 Siyavuş Novruzov: "Niyə fermer öz ərazisində tikinti aparmaq üçün yeddi nazirlikdən icazə almalıdır?" Bu gün, 14:48 "İmişli"də maaşlar verilmir - AFFA klubda yoxlamalar aparır Bu gün, 14:48 Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib Bu gün, 14:48 Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir Bu gün, 14:48 "Qarabağ"ın hücumçusu "Olimpiakos"a keçə bilər Bu gün, 13:48 Mehriban Rəhimliyə hökm oxundu Bu gün, 13:48 At məşhur aktrisanı dişlədi Bu gün, 13:48 "Nənələr" folklor qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu Bu gün, 13:48 Rusiyada "ağciyər vəbası" həyəcanı - ABŞ vətəndaşlarını ölkəni tərk etməyi çağırdı Bu gün, 13:48 Qərbi azərbaycanlıların pulsuz hüquqi yardımdan yararlanması məsələsi parlamentdə qaldırılıb Bu gün, 13:48 İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi? Bu gün, 13:48 Ceyhun Bayramov Türkmənistanda MDB XİN Şurasının iclasında iştirak edəcək Bu gün, 12:48 Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq Bu gün, 12:48 Bakıda avtobusla toqquşan maşın ağaca çırpıldı: Sürücü belə xilas edildi Bu gün, 12:48 Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib Bu gün, 12:48 Ombudsman: Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir Bu gün, 12:48 8 kənd turistlərin üzünə açılır: Gəlirlər birbaşa sakinlərə çatacaq Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR