
Şəmkir rayonunda iki qardaş bıçaq xəsarəti alıb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, rayon sakinləri, 1984-cü il təvəllüdlü Həsənov Vasif Alik oglu və 1981-ci il təvəllüdlü Həsənov Eldar Alik oglu bıçaq xəsarətləri alıblar. Məlumata görə, onlara Bakı şəhərindən Şəmkirə qonaq gələn şəxs xəsarət yetirib.
Hadisəyə tərəflərin övladları arasında yaranmış mübahisə səbəb olub.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.