
"Çox gərgin oyun oldu. Hər iki tərəf yaxşı oynadı. Futbolçularım xarakter göstərdi. Belə məqamda bu cür reaksiya vermələri sevindiricidir. Vacib 3 xal qazandıq".
"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Dalğa Arena"da "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
O, əvvəlki görüşlərlə müqayisədə daha yaxşı oynadıqlarını bildirib: "Rəqibi təbrik edirəm. Belə bir komandaya qarşı yaxşı çıxış etdiyimizi düşünürəm".
Sadıqov penalti epizodunu şərh etmək istəmədiyini söyləyib: "Bizə qarşı da bu hallar olub, amma penalti təyin edilməyib, Bu barədə danışmaq istəmirəm".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.