5-09-2022, 01:00 707

Rəşad Sadıqov:

"Çox gərgin oyun olsa da, hər iki tərəf yaxşı oynadı. Futbolçularım xarakter göstərdi. Çünki, belə məqamda bu cür reaksiya vermələri sevindiricidir. Vacib olan 3 xalı qazandıq".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Dalğa Arena"da "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

40 yaşlı mütəxəssis əvvəlki görüşlərlə müqayisədə daha yaxşı oynadıqlarını bildirib: "Rəqibi təbrik edirəm. Belə bir komandaya qarşı yaxşı çıxış etdiyimizi düşünürəm. Ümumiyyətlə, “Sabah”la matçı çıxmaq şərtilə, bütün görüşlərimiz gərgin alınıb. Azarkeşlər üçün maraqlı oldu. Oyuna pis başlamadıq, amma sonra üstünlük rəqibə keçdi. Penaltidən sonra daha aqressiv oynadıq. Hər iki komanda topla oynamağı xoşlayır. Maraqlı mübarizənin şahidi olduq. İki tərəf də qələbəyə layiq idi. Futbolçularımı təbrik edirəm. Psixoloji cəhətdən ağır oyun idi. Dönüş etmək xarakter, usatlıq tələb edir".

Sadıqov penalti epizodunu şərh etmək istəmədiyini söyləyib: "Bizə qarşı da bu hallar olub, amma penalti təyin edilməyib. Bu barədə danışmaq istəmirəm".

O, "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin fikirlərinə də toxunub: "Onun şəxsiyyətinə və işinə böyük hörmətim var. Ola bilsin, belə fikirləşir. Bu gün güclü tərəfin qalib gəlmədiyini düşünürsə, buna hörmətlə yanaşıram. Hər iki komanda qələbəyə layiq idi. Oyun çox sürətli gedirdi. Biz daha dəqiq olduq. Sonradan meydana çıxanlar oyunu canlandırdılar. Həlledici amil futbolçuların meydanda qəti və iradəli olması oldu. Qələbə qazanmağı düşünürdülər. Belədə istənilən nəticə əldə olunur".

Mütəxəssis yeni transferlərin çıxışını da dəyərləndirib: "Heyfsilənirəm ki, komandaya gec qoşuldular. Heyət geniş olanda manevr edə bilirsən, kasad olanda isə oyuna güc qatmaq üçün əldə material olmur. Bu gün oyuna yaxşı daxil oldular. Optimal formaya keçəndən sonra daha çox fayda verəcəklər".

Sadıqov start heyətində Mehti Cənnətovun əvəzinə Anar Nəzirova şans verməsinin səbəbini də açıqlayıb: "Sadəcə, belə qərar verdik. Anar ötən mövsümün sonunda da yaxşı çıxış etmişdi. Bu gün ona şans verdik".

O, Rəhim Sadıxovda hücumçu keyfiyyətlərini gördüyünü vurğulayıb: "Usta oyunçudur, ağıllı və sürətlidir. Əvvəlki matçlarda da hücumda oynatmaq istəyirdim. Bu gün qəti fikrim oldu. Çox fayda verdi. Universal oyunçudur, bir neçə mövqedə oynaya bilər. Onu Kevin De Brüyneyə oxşadıram. Belçikalı yarımmüdafiəçi də müxtəlif mövqelərdə oynayır. Rəhim son dəqiqələrdə dayaqda da çıxış etdi".

Baş məşqçi əvəzedici komandaya göndərilən Təmkin Xəlilzadə ilə İlkin Muradovun taleyindən də danışıb: "Hər dəfə bu suala cavab vermək istəmirəm. Əvəzedici heyətdə oynayıb formalarını bərpa edirlər. Bu, onların karyerası üçün vacibdir. Yolumuza davam edirik. Daha yaxşı kollektiv olmaq istəyirik".

Sadıqov cari çempionatın karyerasının ən ağır mövsümü olduğu barədə fikirlərlə razılaşmadığını əlavə edib: "Qəti bu barədə düşünmürəm. Bəlkə, mövsümün sonunda belə deyəcəyəm. Əksinə, çox sakitəm. Oyun ərzində reaksiya verə bilərsən. Ən çətini "Zirə"dəki ilk mövsümün sonunda olub. Həm kubok, həm də çempionatda elə hadisələr oldu ki, həmişə yadımda qalacaq. Bilmirəm, bəlkə ondan daha betər mövsümlər də olacaq".

Paylaş

Xəbər lenti

Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb Bu gün, 20:48 Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu Bu gün, 20:48 Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib Bu gün, 20:48 Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü Bu gün, 19:48 Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər? Bu gün, 19:48 Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı Bu gün, 19:48 Əraqçi: İran özünü müdafiə etməyə əvvəlkindən daha hazırdır Bu gün, 19:48 Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir" Bu gün, 18:48 Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib Bu gün, 18:48 Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir Bu gün, 18:48 Xırdalanda uşaq əyləncə mərkəzində başlayan yanğın restorana keçib - Sakinlər danışdı Bu gün, 18:48 "Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar Bu gün, 17:48 20 min manata yaxın aliment borcu olan ata həbs edildi Bu gün, 17:48 Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi Bu gün, 17:48 Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşı edam edilib Bu gün, 16:48 İlyas Yalçıntaş barəsində 10 ildən çox həbs cəzası tələb olunur Bu gün, 16:48 Çaylardan sel keçəcək, dolu düşəcək Bu gün, 16:48 Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib Bu gün, 16:48 Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini açıqlayıb Bu gün, 15:48 Hindistanda yük maşını izdihamın üzərinə çırpılıb: 15 nəfər ölüb Bu gün, 15:48 Azərbaycanın nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı: Ödənişli yollar effektlidirmi? Bu gün, 15:48 "Qalatasaray"ın futbolçusu Rafael Leaunun zədəsinin səbəbi bəlli olub Bu gün, 14:48 Rusiya ərazisində 1015 pilotsuz uçuş aparatı məhv edilib Bu gün, 14:48 Fransada etirazlar zamanı mağazalarını qorumağa çalışan qadının görüntüləri yayıldı Bu gün, 14:48 Estoniya Ukraynaya əlavə 10 milyon avro ayıracaq Bu gün, 14:48 İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb Bu gün, 13:48 Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi Bu gün, 13:48 Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb Bu gün, 13:48 Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb Bu gün, 12:48 Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək Bu gün, 12:48 Litvada dron təhlükəsi ilə bağlı qırmızı hava həyəcanı elan edilib Bu gün, 12:48 Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: İki nəfər ölüb Bu gün, 12:48 Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil Bu gün, 12:48 Türkiyə Azərbaycana Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanlayıb Bu gün, 12:48 Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik" Bu gün, 12:48 Holann Premyer Liqa tarixində yeni rekorda imza atıb Bu gün, 12:48 Zelenskidən sonra Ukrayna prezidentinin səlahiyyətlərini yalnız parlament sədri icra edə bilər Bu gün, 12:48 Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı Bu gün, 12:48 "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu Bu gün, 12:48 Papa XIV Leo ağciyərindəki şişlə bağlı əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb Bu gün, 10:48 BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var Bu gün, 10:48 Polşada hava məkanının pozulması ehtimalı araşdırılır Bu gün, 10:48 Antalyadan Moskvaya uçan təyyarə Sankt-Peterburqa yönləndirilib Bu gün, 10:48 Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb Bu gün, 10:48 Kanadada hərbi bazada partlayış: Ölən və yaralananlar var Bu gün, 10:48 İnter Mayami səfərdə Atlanta Yunayted üzərində qələbə qazanıb Bu gün, 10:48 Kürdəmirdə qatar yoluna çıxan kişi öldü - ADY-dən açıqlama Bu gün, 10:48 "Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR