
“Minalar insanların öz evlərinə qayıtmasına böyük təhlükə yaradır”.
“AVESTA.AZ”un xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva Minatəmizləmə Agentliyinin (ANAMA) yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum 1999-cu ildən ANAMA ilə güclü əməkdaşlıq edir: “2020-ci ildə başlayan müharibə bitəndən sonra BMT Azərbaycana 11 milyon dollardan çox dəstək göstərib. Müxtəlif ekspertlər cəlb olunub, xüsusi texnikalarla bağlı köməklik edilib. Qarşımızda çox böyük işlər var”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.