
“Ural Hava Yolları” aprelin sonundan etibarən Moskva yaxınlığındakı Jukovski hava limanından Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək.
“AVESTA.AZ” aviadaşıyıcının mətbuat xidmətinə istinadən xəbər verir ki, uçuşlar aprelin 26-dan başlayacaq.
Qeyd edilib ki, Jukovski - Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Eyni zamanda, Jukovskidən Bakıya uçuşlar cümə və şənbə günləri həyata keçiriləcək. Geriyə reyslər şənbə və bazar günləri baş tutacaq.
Aviaşirkət aprelin 2-dən bu marşrut üzrə reyslərə aviabiletlərin satışını açacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.