
Goranboyda qadın qətlə yetirilib.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, Goranboy Polis Şöbəsinə rayonun Safıkürd kənd sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi ilə bağlı məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan "AVESTA.AZ"un Qərb bürosuna bildirilib ki, A.Kazımovanın qətlində oğlu, 2005-ci il təvəllüdlü Şahin Əmrahov şübhəli bilinir.
O, polisə könüllü təslim olub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.