
Bakıda Heydər Əliyev prospektini bağlayaraq etiraz edən yük maşınlarının sürücüləri həbs edilib.
Avesta.az xəbər verir ki, Nərimanov rayon məhkəməsində etiraz edən sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədovun işi üzrə proses keçirilib.
Məhkəmənin qərarı ilə hər iki sürücü İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilinərək 30 sutka həbs olunublar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.