19-02-2022, 09:02 678

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhə hazır olduğunu bəyan edir, Arazdəyən-Horadiz dəmir yolunun Zəngəzurdan keçən hissəsinin inşası üçün rəsmi İrəvan layihənin hazırlanmasına başlayıb. Ermənistan Azərbaycanın tələbini yerinə yetirərək Birinci Qarabağ müharibəsində itkin düşmüş 108 nəfərin cəsədinin qalıqlarını təhvil verib. Fevralın 24-də isə Vyanada Türkiyə və Ermənistan nümayəndələrinin münasibətlərin normallaşdırılmasına dair növbəti danışıqları keçiriləcək. Bu ərəfədə Qondarma rejimin “parlamenti”nin “işğal olunmuş ərazilər” haqqında “qanun” qəbul etməsi, ermənilərin Suqoşvuşan-Ağdərə yolunda Azərbaycana məxsus hərbi maşın karvanının qarşını kəsərək geri qayıtmağa məcbur etməsi bölgədə vəziyyəti yenidən gərginləşdirib.


 
Hit.az xəbər verir ki, son hadisələrin səbəbləri və mümkün nəticələri ilə bağlı “Cümhuriyət”in suallarına sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb:
 
-Müharibədən sonra biz iki taktikadan bir-birinə qarşı istifadə olunduğunu görürük. Birincisi, Rusiyada və Ermənistanda yaşayan erməni dairələri çalışırlar elə bir siyasət həyata keçirsinlər ki, Qarabağ mövzusu yeni şəraitdə davam etsin. İstəyirlər Rusiyanın sülhməramlı adlanan qoşunlarının himayəsi altında Qarabağ ərazisində separatçı əhval-ruhiyyə qalsın, ona aid qurumlar fəaliyyət göstərsin. Bu, yəni münaqişəni idarəetmə üsulu kimi istifadə etmək Rusiyanın köhnə taktikasıdır. Amma Azərbaycan tərəfi strateji təmkinlik taktikası yürüdür. Bunun mahiyyəti ondan ibarətdir ki, Qarabağda yaşayan separatçı ermənilər əvvəl-axır oranı tərk edəcəklər. Bölgədə yalnız Azərbaycanın qanunlarını və vətəndaşlığını qəbul edən ermənilər qalacaq. Bu iki taktika bir-birinə qarşıdır. Biz görürük ki, Rusiya öz taktikasını icra etmək üçün hansisa layihələr həyata keçirir, ermənilər su çəkir, işıq çəkir, evlər tikir və s. Ancaq ermənilərin köç prosesinin qarşısını almaq mümkün deyil. Azərbaycan Prezidenti də daim bu mövzu barədə danışır. Dövlət başçısı da qeyd edir ki, Laçın dəhlizi nəzarətimiz altındadır və nə qədər erməninin Qarabağa daxil olduğunu, neçə nəfərin ərazini tərk etdiyini dəqiq bilirik. Lakin nə Rusiya, nə də Azərbaycan bu vəziyyətin açıq qarşıdurma səviyyəsinə çatmasını istəmir. Bundan fərqli olaraq, ermənilər gərginliyin artmasında maraqlıdır. Onlar çalışır ki, Azərbaycan-Rusiya və Rusiya-Türkiyə münasibətlərini pozsunlar və köhnə siyasi oyunlarını Rusiya qoşunalrının himayəsində davam etdirsinlər.
 
Son hadisələrin səbəbi də bununla bağlıdır. Mən belə qənaətə gəlirəm ki, Rusiyanın erməniləri Qarabağda öz himayəsi altında saxlamaq layihəsi baş tutmur. Onun uğurla nəticələnəcəyinə şübhə edirəm. Çünki adi insanlar bu oyunlarda iştirak etmək istəmir. Ermənilər yaxşı başa düşür ki, sabah vəziyyət dəyişsə, onlar yenə də bu oyunların qurbanı olacaq. Ona görə də ailəsi və özü barəsində düşünəndə, ermənilər əmin-amanlığın olduğu yerə köçməyə üstünlük verir. Onlar yaxşı başa düşürlər ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərə qayıdışı çox sürətlə baş verir, infrastruktur yaradılır, hərbi imkanlar artırılır. Azərbaycan öz siyasətindən dönən deyil.
 
Bu baxımdan, ermənilərin kiminsə layihəsində iştirakı çox spektik yanaşmadır. Hesab edirəm ki, hazırkı mərhələdə Azərbaycan tərəfi çox effektiv siyasət yürüdür. Bizim məqsədimiz aydındır. Ermənilərin yaşadığı ərazilər üzərində Azərbaycanın suverenliyi tam bərpa edilməlidir. Buna heç kimin şübhəsi yoxdur. Amma bunun yolları var. Buna açıq toqquşma ilə yoxsa, siyasi yolla nail olmalıyıq? Hələlik ki, siyasi yola ümidlər var və fikrimcə, mövcud vəziyyət bir müddət davam edəcək. Azərbaycan hazırkı mərhələdə təxribatlara uymamalı və tutduğu xətti davam etdirməlidir.
 
-Azərbaycan nə vaxta qədər strateji səbr nümayiş etdirməlidir? Belə çıxır ki, ermənilər yolu kəsməkdə davam edəcək, biz də səbr göstərib heç bir tədbir görməməliyik? Rusiya sülhməramlıları belə təxribatların qarşısını alımaq üçün onsuz da öz missiyasını yerinə yetirmir. Azərbaycan nə vaxta qədər gözləməlidir?
 
-Bir anlıq ermənilərin məqsədlərini müəyyən edək. Onların niyyəti bizi ruslarla toqquşdurmaqdan ibarətdir. Bizim məqsədimiz qeyd etdiyim kimi, suverenliyi bərpa etmək, amma bu prosesi itkisiz həyata keçirməkdir. Yəni hamı başa düşür ki, Azərbaycan Rusiya ilə bir çox məsələlərdə toqquşma səviyyəsinə çatsa, bizim üçün ağır olacaq, hansısa hərbi əməliyyatların bərpasına gətirib çıxaracaq. Bu, ola bilsin ki, ruslarla deyil, başqa qüvvələrlə də ola bilər. Məqsəd bəlli olsa da, yollar müxtəlifdir. Strateji təmkinliyin nə qədər davam edəcəyi sualına mən cavab verə bilmərəm. Bu işlə məşğul olan səlahiyyətli şəxslər var və onlar vəziyyəti bizdən yaxşı dərk edirlər. Hesab edirəm ki, onlar optimal yolu tapacaqlar.
 
Bir məsələni də qeyd etmək istəyirəm. Rusiya ilə Gürcüstansayağı da davranmaq olar, Ukraynasayağı, da Azərbaycansayağı da. Nəticə etibarı ilə Azərbaycasayağı siyasət özünü doğrultdu. Təbii ki, ermənilər bizim əsəblərimizlə nə qədər oynayacaqlar? Onların da nöqsanları var. Amma biz bu siyasətlə itkisiz çox şeyə nail ola bilərik. Hazırda çox hay-küylə deyə bilərik ki, gəlin gedək, belə edək, elə edək. Nəticədə, gənclər qurban gedəcək.
 
-Azərbaycan oyun qaydalarını pozmur. Son təxribatlar da bunu göstərdi...
 
-Biz də ermənilərə real və psixoloji təzyiq göstəririk. Şuşada festival keçiririk, işğaldan azad edilmiş ərazilərdə hərbi hissələr tikirik. Bu da onların siyasətinə qarşıdır...
 
-Erməninin xoşuna gəlməyəcək deyə, biz öz torpaqlarımıza qayıtmamalıyıq?
 
-Söhbət ondan gedir ki, biz düşməni məhv etmişik, biri də var ki, onlara psixoloji təzyiq göstəririk. İnanın ki, bunun nəticəsi olacaq. Şuşada dayanıb yuxarıdan Xankəndinə baxanda gələcək qələbəmizə əminlik artır. Düşmənin ərazisi ayağımızın altındadır.
 
-Son vaxtlar MDB məkanında Rusiyanın hərbi-siyasi fəallığının artdığını nəzərə alsaq, Qarabağdakı təxribatların Moskvanın siyasətinə aidiyyəti yoxdurmu? Bu, yalnız ermənilərin əməlidir?
 
-Əlbəttə, baş verənlərə görə Rusiyanın ciddi məsuliyyəti var. Məgər biz bunları görmürük? Erməni özbaşına bu qələti edə bilməz. Burada Rusiyanın birbaşa əli var. Burada mən bayaq dediyim iki taktikanın qarşı-qarşıya gəldiyini görürük. Bir tərəfdən biz qayıdırıq, möhkəmlənirik, buna qarşı da Rusiya Fövqəladə Hallar Nazirliyi ermənilərə ev tikir, su borusu çəkir. Amma ermənilər qaçır. Yəni mübarizə davam edir, sadəcə başqa formada.
 
-Rusiyadan yalnız 10 noyabr Bəyanatının şərtlərinə əməl etmək və sülhməramlılardan təxribatların qarşısını almaq tələb olunur. Qarabağdakı axırıncı olaylardan sonra Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla həmkarı Sergey Lavrov arasındakı telefon danışığında da, məhz üçtərəfli Bəyanatda qeyd edilmiş razılaşmaların yerinə yetirilməsi müzakirə olunub...
 
-Rusiya sözdə buna əməl edəcəyinə söz verəcək, amma əməldə “yox” deyəcək. Biz buna hazır olmalıyıq. Beynəlxalq münasibətlərdə səmimilik, etibar olmur. Rusiya istəyər ki, ona qarşı çıxan güclü bir ölkə yaranmasın. Ukraynaya baxın. Qərb onu Rusiyaya qarşı necə istifadə edir. Ukraynanın əli ilə Rusiyaya təzyiq edirlər. Yəni hər kəs öz oyununu oynayır.
 
-Həmişə bütün suallar bir nöqtəyə gəlib çıxır. Biz nə vaxta qədər gözləməliyik? Bu, nə qədər davam edəcək?
 
- Müharibəni nə vaxt başlamaq qərarı veriləndə bu sualın cavabı tapılacaq.
 
-Siz həm səbrdən danışırsız, həm də müharibənin vacibliyindən. Hansını seçmək lazımdır?
 
-Mən Azərbaycanın iki-üç günlük antiterror əməliyyatları aparacağını istisna etmirəm.
 
-Baş prokurorluq Araik Arutunyanın qısa müddətdə kəşfiyyat əməliyyat tədbirləri ilə saxlanılaraq məhkəmə qarşısına çıxarılacağı barədə məlumat yayılıb. Sizcə bu, nə qədər realdır?
 
- Mən hesab edirəm ki, lazımdırsa, təkcə Araiki deyil, başqalarını da tutub gətirmək olar. Həmin qərarı bununla məşğul olan insanlar verməlidir.
 
-Rusiyanın razılığı olmadan sülhməramlı qüvvələrin müvəqqəti nəzarət zonasında belə bir əməliyyat keçirmək mümkündürmü?
 
-Bəlkə də Rusiya hansısa mərhələdə göz yumub belə əməliyyatın baş tutmasına imkan yaradar ki, digərlərinə dərs olsun. Yəni mənsiz sən heç nəsən. Ola bilər ki, Araik itaətdən çıxıb. Bəyəm Rusiya öz dostlarını satmır? Əlbəttə, satır. Mən istərdim ki, daha təmkinli iş görək, itkilərimiz olmasın, Araik də həbsxanada yatsın.

Paylaş

Xəbər lenti

"Sabah"ın futbolçusu: "Bu günü heç vaxt unutmayacağam" Bu gün, 09:48 Xəzərin Qazaxıstan sahilində yüzlərlə balıq tələf oldu Bu gün, 09:48 Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb Bu gün, 09:48 UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq Bu gün, 09:48 Bakıda yaşayış binasında yanğın: Xəsarət alanlar var Bu gün, 09:48 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat Bu gün, 09:48 Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var Bu gün, 09:48 Azərbaycan və NATO ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib Bu gün, 09:48 Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? Bu gün, 08:48 UEFA Çempionlar Liqası: PSJ "Barselona"nı məğlub edib Bu gün, 08:48 Bu gün Bakıda bəzi ərazilərdə işıq olmayacaq Bu gün, 08:48 ABŞ-dən Moskvaya yeni təklif: Putinlə görüşdə nələr müzakirə olunacaq? Bu gün, 08:48 57 yaşlı Cennifer Lopez 46 yaşlı Brettlə sevgilidir Bu gün, 00:48 Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür Bu gün, 00:48 Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət Bu gün, 00:48 Sabah Bakının bu ərazilərində işıq olmayacaq - ÜNVANLAR Dünən, 23:48 Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib Dünən, 23:48 "ABC News": ABŞ və Rusiya bir neçə amerikalının azad edilməsi üzrə razılaşmaya yaxındır Dünən, 23:48 İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil Dünən, 23:48 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib Dünən, 23:48 Zerrin Özerə ağır itki üz verdi Dünən, 23:48 Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər Dünən, 23:48 Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb Dünən, 22:48 SEPAH: Hörmüzdə 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb Dünən, 22:48 İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır Dünən, 22:48 Hörmüzdəki vəziyyətlə əlaqədar Avropa LNG idxalını 20,8 milyard kubmetr azalda bilər Dünən, 22:48 "Sabah" "Borussiya Dortmund"a məğlub oldu Dünən, 22:48 Bu rayonda 432 şagirdlik yeni məktəb tikiləcək - 4,6 milyon manatlıq LAYİHƏ Dünən, 21:48 İran və İraqdan kürd qruplaşmaları ilə bağlı gözlənilməz qərar Dünən, 21:48 Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək Dünən, 21:48 Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı Dünən, 21:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununda hesab bərabərləşdi Dünən, 21:48 Sabah Bakıda bu yol bağlanır Dünən, 21:48 Azərbaycana bu ölkələrdən balıqlar gətirilir - SİYAHI Dünən, 21:48 Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: "Açarı dəyişib evə giriblər" Dünən, 20:48 Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi Dünən, 20:48 Zəngilanda Şəhər Günü atəşfəşanlıqla qeyd olunub Dünən, 20:48 Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyunu başlayıb Dünən, 20:48 Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub Dünən, 19:48 "Haber Global": "Sistemli təxribatlar nəticə vermir - Azərbaycanla kədərdə də, sevincdə də birik" Dünən, 19:48 Azərbaycanda balıqların qiyməti bahalaşıb - SON QİYMƏTLƏR Dünən, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb Dünən, 19:48 ARDNF-nin "BlackRock" fonduna investisiyaları 19 %-dən çox artıb Dünən, 19:48 Türkiyədə qadın alt paltarı mağazasının dualarla açılışı edildi Dünən, 18:48 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb Dünən, 18:48 Kadir İnanırın sürücüsü: "Ona qan verdim deyə işdən qovuldum" Dünən, 18:48 Vüsal Şilderin qətlinin şahidi: "Oğlanın boğazından vurdular, qan hər yanı götürdü" Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR