
“Doğma el-obamı görmək üçün səbirsizlənirəm. Bundan böyük sevinc hissi ola bilməz”.
Bunu “Report”a açıqlamasında Laçından olan keçmiş məcburi köçkün Vaqif Məmmədov deyib.
“Bu gün Laçına qayıdırıq. İllər sonra böyüyüb boya-başa çatdığımız doğma yerlərə qayıtmaq çox gözəl hisslərdir”, - deyə o vurğulayıb.
Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib, torpaqlarımızı işğaldan qurtaran Azərbaycan Ordusuna təşəkkür edib, şəhidlərimizə isə Allahdan rəhmət diləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.