
Bu ilin I rübündə Gürcüstanın turizm gəlirləri 807,7 milyon ABŞ dolları təşkil edib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.
Məlumata görə, bu, ötən illə müqayisədə 1,5 % çoxdur və Gürcüstan üçün rekord sayılır.
Yanvar-mart aylarında Gürcüstanda ən çox Rusiya vətəndaşları pul xərcləyib -171,2 milyon ABŞ dolları. Digər yerlərdə isə Türkiyə (117,51 milyon ABŞ dolları), Avropa İttifaqı ölkələri (108,3 milyon ABŞ dolları), İsrail (65,7 milyon ABŞ dolları) və Azərbaycan (40,6 milyon ABŞ dolları) qərarlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.