
"Ağdamdakı dağıntılar tükürpədicidir, bütün binalar tamamilə məhv edilib".
Bunu “AVESTA.AZ”a açıqlamasında İsveçdən gələn səyyah Joakim Helbiq deyib.
Onun sözlərinə görə, tədris müəssisələrində şagirdlərə burada olan tarixi-mədəni irs haqqında məlumat vermək lazımdır”.
Səyyah bildirib ki, Qarabağda minalanmış ərazilər var və burada yaşayan insanlar mina təhlükəsi haqqında ətraflı məlumatlandırılmalıdırlar:
"Qoyulmuş xətləri keçməmək, minalı ərazilərdə ehtiyatlı olmaq çox vacibdir”.
J.Helbiq vurğulayıb ki, yenidənqurma işlərinin sürətlə aparıldığını müşahidə edilir:
“Bu mənada yeni çəkilən yollar xüsusi diqqəti cəlb edir”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.