9-09-2022, 11:00 844

Şimali Koreya özünü rəsmi olaraq nüvə dövləti elan edib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Ali Xalq Məclisi (birpalatalı parlament) nüvə silahı haqqında qanun qəbul edib.

“Report” Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In ölkəsinin nüvə statusunun “dönməz” olduğunu bildirib.

Qanun nüvə silahının xarici hücumlardan müdafiə məqsədilə profilaktik istifadəsinə icazə verib.

“Milli nüvə qüvvələrinin komandanlıq və nəzarət sistemi düşmən qüvvələrin hücumu təhlükəsi altında olarsa, avtomatik olaraq nüvə zərbəsi endirilsin”, - qanunda vurğulanıb.

Qərb mediası yazıb ki, bu yolla Şimali Koreya özünü rəsmən nüvə dövləti elan edib. Şimali Koreya lideri Kim Çen In ölkə parlamentinin iclasında çıxışı zamanı söyləyib ki, ölkənin nüvə statusu indi “dönməzdir” və ölkənin nüvəsizləşdirilməsi ilə bağlı müzakirələr artıq mənasızdır. Onun sözlərinə görə, Şimali Koreya heç vaxt nüvə silahından imtina etməyəcək, çünki rəsmi Pxenyan ölkənin müdafiəsini sarsıtmaq və nəticədə hökumətini devirmək üçün “təzyiq” edən ABŞ-a qarşı çıxmaq üçün həmin silahlara ehtiyac duyur.

Kim Çen In Cənubi Koreyanı hərbi imkanlarını genişləndirmək və şimaldan artan təhlükəyə qarşı çıxmaq üçün ABŞ ilə birlikdə genişmiqyaslı hərbi təlimləri bərpa etmək planlarına görə də tənqid edib. KXDR rəhbəri bu cür planları “təhlükəli” və “gərginlik yaradan” adlandırıb.

Eyni zamanda, dövlət başçısı vəd verib ki, nüvə dövləti olaraq Şimali Koreya başqa ölkələrə nüvə silahını verməyəcək, habelə nüvə texnologiyası, avadanlığı və onun istehsalı üçün materialları bölüşməyəcək.

Qeyd edək ki, Şimali Koreya nüvə silahını sınaqdan keçirməyə hazırlaşır. BMT və AEBA Şimali Koreyanın 2017-ci ildən bəri ilk nüvə sınağını keçirməyə hazırlaşmasından ehtiyat edir. Ölkənin şimalındakı “Pungeri” yeraltı sınaq poliqonunda son aylarda qeydə alınan aktivlik bunu göstərir. Peyk görüntüləri 2018-ci ildə ABŞ ilə nüvəsizləşdirmə danışıqları zamanı tunellərin təmir edildiyini və sökülən strukturların yenidən qurulduğunu göstərir. 2006-2017-ci illərdə KXDR “Pungeri” poliqonunda altı nüvə sınağı keçirib.

Paylaş

Xəbər lenti

Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Bu gün, 10:48 Rəsmi Bakı Sultan Hacıyevi AQEM-in Baş katibi təyin olunması münasibətilə təbrik edib Bu gün, 10:48 İlon Mask uçan avtomobilini təqdim etdi Bu gün, 10:48 Qramı 160 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR Bu gün, 10:48 Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Bu gün, 10:48 İlk hərbi nazirimiz Səməd bəy Mehmandarovun doğum günüdür Bu gün, 10:48 Azərbaycan investisiya xərclərini 2 dəfə artırır Bu gün, 10:48 Hesablama Palatasının strukturu dəyişir Bu gün, 10:48 Dörd rayonda yeni məktəblər tikiləcək - 20,7 milyonluq LAYİHƏ Bu gün, 10:48 Kürdəmirdə AĞIQ QƏZA: Ölən və yaralanan var Bu gün, 09:48 Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış Bu gün, 09:48 Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb Bu gün, 09:48 Mətbuat Şurasının IX qurultayı keçirilir Bu gün, 09:48 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib Bu gün, 09:48 Günay Qurbanova dünya çempionatında gümüş medal qazandı Bu gün, 09:48 Birbank Invest vasitəsilə "EmbaFinans" BOKT istiqrazlarına investisiya etmək imkanı Bu gün, 09:48 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib Bu gün, 08:48 Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək Bu gün, 08:48 Avropa və Konfrans Liqalarında günün oyunları keçirildi - NƏTİCƏLƏR Bu gün, 08:48 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi Bu gün, 08:48 Günel Zeynalovanın atası : "Allah qarşısına namuslu adam çıxartsın" Bu gün, 02:48 Nigar Camal: "Elə bilirsiniz ki, bunu edəndə Allah sizi sevəcək?" Bu gün, 01:48 Məleykə Əsədovadan İranda vəfat edən bacısı qızı ilə bağlı paylaşım Bu gün, 00:48 Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər Bu gün, 00:48 Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir Bu gün, 00:48 Soyuq havada başınızı çiyinlərinizə çəkirsinizsə, diqqətli olun! Bu gün, 00:48 Hollivud aktyoru qadınlara təcavüzdə ittiham edilir Dünən, 23:48 Rəqsanə İsmayılova: "Bu gün həmin Xalq artistləri mənim fanatlarımdır" Dünən, 23:48 Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən kritik açıqlama Dünən, 23:48 Murat Bozla Demet Özdemirin xilas edilmə anları Dünən, 23:48 Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı Dünən, 23:48 Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub? Dünən, 22:48 ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb Dünən, 22:48 AAYDA İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclası keçirilib Dünən, 22:48 Amina: "Hər bir dində müəyyən dərəcədə narsizm var" Dünən, 22:48 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir Dünən, 21:49 Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:49 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb Dünən, 21:48 İdmanı dayandıranda əzələlər piyə çevrilir? - Professor açıqladı Dünən, 21:48 Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib Dünən, 21:48 Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb Dünən, 21:48 Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb Dünən, 21:48 Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar? Dünən, 20:49 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib Dünən, 20:48 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi Dünən, 20:48 Azərbaycan bu ölkələrə milyonlarla yumurta satır - SİYAHI Dünən, 20:48 SEPAH: Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verib Dünən, 20:48 Nazirlər Kabinetindən "Azərişıq" və "Azərenerji" ödənişləri ilə bağlı YENİ QƏRAR Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR