
Energetika naziri Pərviz Şahbazov aidiyyəti struktur bölmələrin nümayəndələrinin iştirakı ilə nazirlikdə vətəndaşları qəbul edib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, qəbul zamanı vətəndaşların elektrik enerjisi təchizatı, işlə təminat və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Qəbulda Bakı və Sumqayıt şəhərlərindən olan vətəndaşların müraciətinə baxılıb.
Energetika Nazirliyi vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2022-ci il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin saytında yerləşdirib. Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar xətt”i, [email protected] elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə də Nazirliyə ünvanlaya bilərlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.