27-05-2024, 23:19 581

Prezident “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” beynəlxalq konfransının iştirakçılarına müraciət edib

Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib.

“Report” xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb.

Müraciətdə qeyd edilir ki, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə biz Hərəkatın gündəliyini irəli aparmaq üçün səylərimizi əsirgəmədik. Qoşulmama Hərəkatının institusional inkişafına, Hərəkatın birliyinin möhkəmləndirilməsinə və nüfuzunun artırılmasına xüsusi diqqət yetirildi:

"Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təşkilatın bütün üzv dövlətlərinin, o cümlədən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını və narahatlıqlarını daha yaxşı anlamaq üçün imkan yaratdı.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qlobal səylərin önündə gedib və bu məsələ ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxış edərək bütün ölkələr üçün vaksinlərə ədalətli və universal əlçatanlığı təşviq edib.

Pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib.

Keçən ilin mart ayında Qoşulmama Hərəkatının sədri kimi mən İnkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan etdim. Bu çağırışla mən beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət etdim. Azərbaycan bu çağırışa vəsait ayıran ilk ölkə olub.

Xanımlar və cənablar,

Azərbaycan bu il COP29-a ev sahibliyi etmək şərəfinə nail olub. Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı namizədliyinin yekdilliklə dəstəklənməsi beynəlxalq ictimaiyyətin Azərbaycana olan hörmət və etimadını əks etdirir.

İqlim dəyişikliyi bütün qitələrdəki hər bir ölkəyə təsir edir. İqlim dəyişikliyinin Azərbaycana da mənfi təsiri vardır. Çaylarımızın suyu azalır, Xəzər dənizinin səviyyəsi aşağı düşür.

Bununla belə, İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirlərinə daha həssasdır. İqlim dəyişikliyinə heç bir təsiri olmayan bu ölkələr onun ən pis fəsadlarına məruz qalır, hətta ekzistensial təhlükə ilə üzləşirlər. İqlim dəyişikliyi onların Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişinə də mane olur.

COP29-a sədrliyimiz zamanı iqlim dəyişikliyinin İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli prioritetlərimiz arasında olacaq. Biz Bakıda keçiriləcək COP zamanı İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısını keçirməyi planlaşdırırıq.

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik.

Mən COP29 zamanı bütün ölkələri İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına və prioritetlərinə cavab verən razılaşma əldə etmək üçün maksimum səy göstərməyə çağırıram.

Azərbaycan öz növbəsində artıq bir sıra İnkişaf etməkdə olan kiçik ada dövlətlərində qasırğaların, zəlzələlərin, daşqınların və digər təbii fəlakətlərin törətdiyi fəsadların aradan qaldırılmasına öz dəstəyini göstərməkdədir. Biz bu ölkələrə yardım etmək üçün əməli addımlar atmağa davam edəcəyik. Azərbaycan 33 İnkişaf etməkdə olan kiçik ada dövlətinin təmsil olunduğu Millətlər Birliyi, o cümlədən digər beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait ayıracaq.

Biz, həmçinin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd imkanlarını genişləndirəcəyik. İndiyədək 10-dan çox İnkişaf etməkdə olan kiçik ada dövləti Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının Üzv Dövlətləri üçün təqdim etdiyi Təhsil Qrant Proqramlarından faydalanıb.

Azərbaycan, həmçinin COP29-da İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakına dəstək verəcək.

Xanımlar və cənablar,

Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır.

Mən bu ilin noyabrında Bakıda keçiriləcək COP29-da İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin dövlət və hökumət başçılarının dəyərli iştirakını arzulayır və İnkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə 4-cü Beynəlxalq Konfransa uğurlar arzulayıram".

Paylaş

Xəbər lenti

Xırdalanda maşının təkərinin lükə düşməsi ilə bağlı ADSEA-dan açıqlama Bu gün, 12:48 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı Bu gün, 12:48 Azərbaycanda ictimai nəqliyyatın şarjında "yaşıl enerji"dən istifadə edilə bilər Bu gün, 12:48 TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb Bu gün, 12:48 Azərbaycanda "JEK" sistemi tarixə qovuşur? - Yeni idarəetmə modeli təklif olunur Bu gün, 12:48 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir Bu gün, 12:48 Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib Bu gün, 12:48 Migel Anxel Moratinos: "Dinlər bu gün planetimizdə yaşayan 8 milyard insanın qayğısına qalır" Bu gün, 12:48 Bakı növbəti nüfuzlu tədbirə ev sahibliyi edir Bu gün, 12:48 Pensiya yaşı ilə bağlı YENİ TƏKLİF: Kimlər daha tez pensiyaya çıxa bilər? Bu gün, 11:48 Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim etdi Bu gün, 11:48 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü Bu gün, 11:48 Kamran Əliyev: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulacaq Bu gün, 11:48 İlham Əliyev Çex Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Pensiya kapitalı ilə ev almaq mümkün olacaq? - VACİB AÇIQLAMA Bu gün, 11:48 Bu ərazidə yeni məktəb tikiləcək - 5,5 milyon manat ayrılır Bu gün, 11:48 Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirəcək Bu gün, 10:48 Lamin Yamalın atası hava limanında ofisiant qadının üzünə tüpürüb Bu gün, 10:48 Bakıda mikromobillik zolaqlarının uzunluğu 68 kilometrə çatdırılıb Bu gün, 10:48 Planet FM (88.7) Qafqazın radio məkanında ilkə imza atdı! Bu gün, 10:48 Prezident İƏT-ə üzv dövlətlərin korrupsiya orqanlarının rəhbərlərinin iclasına müraciət ünvanlayıb Bu gün, 10:48 İlham Əliyev: Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, iqtisadi inkişafa xələl gətirən cinayətdir Bu gün, 10:48 Prezident: İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb Bu gün, 10:48 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı Bu gün, 09:48 Bolsonaronun oğlu ailəsi ilə birlikdə ABŞ-yə qaçdı Bu gün, 09:48 Bəzi rayonlarda işıq olmayacaq Bu gün, 09:48 Dünyanın ən yaraşıqlı kişisi seçildi Bu gün, 09:48 "Neftçi" FIBA Avropa Kubokunun müntəzəm mövsümündə dördüncü oyununa çıxacaq Bu gün, 09:48 Xırdalanda maşının təkəri lükə düşdü Bu gün, 09:48 Xalq artistinin oğlu Çində Ali təhsil alır Bu gün, 09:48 "Qarabağ" klubu bu futbolçu ilə yollarını ayırıb Bu gün, 08:48 Bakıda 4 rayonda işıq olmayacaq - KÜÇƏLƏRİN ADLARI Bu gün, 08:48 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi? Bu gün, 08:48 Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU Bu gün, 08:48 Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər Bu gün, 08:48 Bakıda selin dağıtdığı körpünün yerində yenisi İNŞA EDİLDİ Bu gün, 08:48 Dünyanın sonu nə zaman gələcək? 2012-ci ilin sirri, dini inanclar və elmin verdiyi cavab Bu gün, 00:48 Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Tərtərin bombalanmasından 6 il ötür Bu gün, 00:48 Həsrət Cəfərov dünya çempionatında medalsız qaldı Dünən, 23:48 Azərbaycanlıların yaşadığı Qıvraq kəndi: tarixdən silinən izlər və susan yaddaş Dünən, 23:48 Sankt-Peterburqdakı sabiq baş konsulun cinayət işi: Sultan Qasımov 191 minlik dələduzluqda ittiham edilir Dünən, 23:48 Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı Dünən, 23:48 TRIPP sülh sazişindən öncə işə düşəcək? Dünən, 23:48 Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq Dünən, 23:48 Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir Dünən, 22:48 AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq Dünən, 22:48 Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR