27-05-2024, 23:26 687

Dövlət başçısı: Azərbaycan beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait ayıracaq

Azərbaycan bu il COP29-a ev sahibliyi etmək şərəfinə nail olub. Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı namizədliyinin yekdilliklə dəstəklənməsi beynəlxalq ictimaiyyətin Azərbaycana olan hörmət və etimadını əks etdirir.

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb.

"İqlim dəyişikliyi bütün qitələrdəki hər bir ölkəyə təsir edir. İqlim dəyişikliyinin Azərbaycana da mənfi təsiri vardır. Çaylarımızın suyu azalır, Xəzər dənizinin səviyyəsi aşağı düşür. Bununla belə, İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirlərinə daha həssasdır. İqlim dəyişikliyinə heç bir təsiri olmayan bu ölkələr onun ən pis fəsadlarına məruz qalır, hətta ekzistensial təhlükə ilə üzləşirlər. İqlim dəyişikliyi onların Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişinə də mane olur", - dövlət başçısı qeyd edib.

Prezident vurğulayıb ki, COP29-a sədrliyi zamanı iqlim dəyişikliyinin İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli prioritetlər arasında olacaq:

"Biz Bakıda keçiriləcək COP zamanı İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısını keçirməyi planlaşdırırıq. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Mən COP29 zamanı bütün ölkələri İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına və prioritetlərinə cavab verən razılaşma əldə etmək üçün maksimum səy göstərməyə çağırıram".

Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan öz növbəsində artıq bir sıra İnkişaf etməkdə olan kiçik ada dövlətlərində qasırğaların, zəlzələlərin, daşqınların və digər təbii fəlakətlərin törətdiyi fəsadların aradan qaldırılmasına öz dəstəyini göstərməkdədir: "Biz bu ölkələrə yardım etmək üçün əməli addımlar atmağa davam edəcəyik. Azərbaycan 33 İnkişaf etməkdə olan kiçik ada dövlətinin təmsil olunduğu Millətlər Birliyi, o cümlədən digər beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait ayıracaq.

Biz, həmçinin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd imkanlarını genişləndirəcəyik. İndiyədək 10-dan çox İnkişaf etməkdə olan kiçik ada dövləti Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının Üzv Dövlətləri üçün təqdim etdiyi Təhsil Qrant Proqramlarından faydalanıb.

Azərbaycan, həmçinin COP29-da İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakına dəstək verəcək".

Paylaş

Xəbər lenti

Göyçayda ilan sancan şəxs məmur imiş Bu gün, 09:48 İsraildə parlament seçkiləri keçirilir: Netanyahu ilə müxalifət üz-üzə Bu gün, 09:48 Baş Prokurorluq: Bakıda törədilən silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib Bu gün, 09:48 "Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur Bu gün, 09:48 Bu gün 3 rayonda işıq olmayacaq Bu gün, 09:48 Görkəmli bəstəkar Asəf Zeynallının vəfatından 94 il ötür Bu gün, 09:48 Harri Keyn "Qızıl top"un sahibi oldu Bu gün, 08:48 Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq Bu gün, 08:48 Bakıda bir neçə yol bağlanır - Səbəbi açıqlandı Bu gün, 08:48 Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq Bu gün, 08:48 Tovuzda bıçaqlanaraq qətlə yetirilən şəxs qazi imiş: Hadisənin təfərrüatı Bu gün, 08:48 "Həzi Aslanov" metrosu ilə bağlı mühüm YENİLİK Bu gün, 08:48 Azərbaycana girişi qadağan edilən türkiyəli jurnalist İstanbulda saxlanıldı Bu gün, 08:48 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı Bu gün, 08:48 İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib Bu gün, 00:48 2027-ci ildə ən çox qazandıracaq peşələr - Gəlirli sahələr AÇIQLANDI Bu gün, 00:48 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub Dünən, 23:48 25 yaşlı azərbaycanlı Almaniyada bələdiyyə üzvü seçilib Dünən, 23:48 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu Dünən, 23:48 Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb Dünən, 23:48 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək? Dünən, 22:48 Kardinal: "Vatican News"da erməni dezinformasiyalarının nəşrinin qarşısı alına bilər" Dünən, 22:48 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub Dünən, 22:48 Ukraynada dronların istehsalında donuz piyindən istifadə edilir? Dünən, 22:48 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub Dünən, 22:48 Səfir: Vyana Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edəcək Dünən, 21:48 Bakıda Vatikan səfirliyinin yaradılmasının vacibliyi vurğulanıb Dünən, 21:48 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək Dünən, 21:48 Pensiyaların tam indeksləşdirilməsi kimlərə şamil olunacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Bədbəxt hadisənin təfərrüatı: "Dirək gəlinin beyninə dəyib, canını tapşırıb" Dünən, 21:48 Qara dənizdə təhlükə, Orta Dəhlizdə fürsət: Azərbaycan üçün yeni imkanlar yaranır? Dünən, 20:48 Mədə yanmasını adi hal hesab etməyin - Bu halda ürək xəstəliyindən xəbər verir Dünən, 20:48 Azərbaycanda kərə və duru yağlar nə üçün bahalaşır? - SƏBƏBLƏR Dünən, 20:48 Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək Dünən, 20:48 Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb Dünən, 20:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Daşkörpü sakinləri etnik təmizləməyə məruz qalıb Dünən, 19:48 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib Dünən, 19:48 "Qalatasaray" daha bir rus futbolçu almaq istəyir Dünən, 19:48 Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi" Dünən, 19:48 DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb Dünən, 19:48 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb Dünən, 19:48 Sumqayıt sakinlərinin nəzərinə: Bəzi marşrut avtobusları yenilənəcək Dünən, 19:48 Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər Dünən, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib Dünən, 18:48 Nazirlər Kabinetindən təhsilalanlarla bağlı VACİB QƏRAR Dünən, 18:48 Ermənistanda məhbus məhkəmə binasından qaçdı Dünən, 18:48 Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR