
Gəncə şəhərində mənzillərdən birində meyit aşkarlanıb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qapısı bağlı mənzilə daxil olunub və orada 1 nəfərin meyiti aşkarlanıb.
Onun şəxsiyyəti və ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
Bundan başqa Gülüstan qəsəbəsi, bina 6-da olan qapısı bağlı mənzillərdən birində orta-yaşlı kişinin meyiti aşkarlanıb. Onun üzərində gözlə görünən zorakılıq əlamətləri olmadığı, ölüm səbəbinin isə araşdırıldığı bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.