
Cəlilabadda baş verən ağır yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, avtoqəza nəticəsində rayonun Moranlı kəndinin 7 sakini xəsarət alıb.
Bunlar: Əbilov Ələddin Mirzəbala oğlu (1964-cü il təvəllüdlü), Əbilova Mənsurə Salman qızı (1969-cu il təvəllüdlü), Əbilova Güldanə Rafiq qızı (2005-ci il təvəllüdlü), Əbilova Ülviyyə Cavid qızı (2019-cı il təvəllüdlü), Əbilov Cavid Ələddin oğlu (1990-cı il təvəllüdlü), Əbilova Nazlı Cavid qızı (2015-ci il təvəllüdlü) və Salayeva Bənövşə Rafiq qızıdır (2005-ci il təvəllüdlü).
Qeyd edək ki, hadisə Mədətli kəndində qeydə alınıb. Belə ki, "Niva" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Mədətli kəndində qeydə alınıb.
Belə ki, "Niva" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində bir ailənin 7 üzvü xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.