
Cəlilabad rayonunda yol qəzası baş verib.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar - rayon sakinləri, 1969-cu il təvəllüdlü Firəngiz Məmmədova və 1956-cı il təvəllüdlü Meyxoş Həşimov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.