
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Cafayev Fuad Əhməd oğlunu vurub.
Gənc oğlan aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.