
Biləsuvarda ot presi yığarkən traktorun qoşqusundan yıxılaraq xəsarət Nahid Abdullayev ölüb.
"AVESTA.AZ" xəbər verir ki, Biləsuvar şəhər sakini 1979-cu il təvəllüdlü Abdullayev Nahid Qurban oğlu 15.06.2024-cü il tarixdə ot presi yığarkən traktorun qoşqusundan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, almış olduğu xəsarətlərdən 19.07.2024-cü il tarixdə saat 08 radələrində müalicə olunduğu Bakı şəhərində yerləşən Neyrocərrahiyə xəstəxanasında ölüb. Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.