
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“AVESTA.AZ”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Zabrat qəsəbəsində avtomobil yolu keçən 1951-ci il təvəllüdlü Xəlilov Xəlil Atakişi oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, xəstəxanada dünyasını dəyişib.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.